Şok: Hadı Rəcəbli bu gün nəvəsinə toy edir – 150 qonaqla...
20 Avqust 2020 15:22 SosialSabiq millət vəkili Hadı Rəcəbli bu gün nəvəsinə toy mərasimi keçirəcək.
Bu barədə Axar.az-a məlumat verən mənbənin sözlərinə görə, toy "Sea Breeze" restoranında təşkil ediləcək.
Sabiq millət vəkilinin mərasimə 150 nəfər qonaq dəvət etdiyi, toyun kifayət qədər təntənəli keçiriləcəyi də qeyd edilir.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus pandemiyasına görə ölkədə təntənəli toy mərasimlərinin keçirilməsini qadağan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31