Millət vəkilinin məcburi köçkünlərlə görüşləri davam edir

Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatı Ceyhun Məmmədovun Biləsuvar rayonunda məskunlaşan Cəbrayıllı məcburi köçkünlərlə görüşləri davam edir.

Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatı Ceyhun Məmmədovun Biləsuvar rayonunda məskunlaşan Cəbrayıllı məcburi köçkünlərlə görüşləri davam edir. "Olaylar" xəbər verir ki, millət vəkilinin növbəti görüşü 8-ci və 9-cu qəsəbədə məskunlaşan məcburi köçkünlərlə olub. Müraciətlər əsasən işlə təmin olunma, sağlamlıq və digər sosial məsələlərlə əlaqədar olub. Ceyhun Məmmədov hər bir müraciətin araşdırılacağını və həlli üçün aidiyyəti qurumlara müraciət ediləcəyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31