Bu testlər ödənişsiz həyata keçiriləcək

“Ölkədə əhali arasında təsadüfü seçilmiş insanlardan1650 yaxın şəxs arasında yeni növ koronovirus infeksiyasına qarşı seroloji testlərin aparılması prosesinə başlanılıb. Layihənin əsas məqsədi, əhali arasında immun cavab reaksiyasını yoxlamaqdır.” Bunu Olaylar.az –a açıqlamasında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva bildirib.

"Ölkədə əhali arasında təsadüfü seçilmiş insanlardan1650 yaxın şəxs arasında yeni növ koronovirus infeksiyasına qarşı seroloji testlərin aparılması prosesinə başlanılıb. Layihənin əsas məqsədi, əhali arasında immun cavab reaksiyasını yoxlamaqdır."

Bunu Olaylar.az -a açıqlamasında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva bildirib.

Nəzrin Musatafayeva qeyd edir ki, xəstələrin böyük əksəriyyəti simptonsuz və ya yüngül simptonlarla keçirir: "Onlar özləri də xəbərsiz olaraq bu xəstəliyi keçirmiş və sağalmış ola bilərlər. Lakin qanda aparılan xüsusi seroloji testlər vaistəsilə təyin etmək mümkündür ki, bu xəstələrdə immunitet formalaşıb, ya yox. Bunu təyin etmək üçün ilkin etapda Bakı, Sumqayıt və Gəncə şəhərlərində təsadüfü proqram vaistəsilə seçilmiş 1650 nəfər yaxın şəxs üzərində bu testlər həyata keçiriləcək. Bununla biz əhalinin neçə faizində immun cavabın formalaşdığını, yəni nə qədər şəxsin xəstəliyi artıq keçirib sağalmış sayıldığını və bu virusa qarşı artıq həssas olmadıqlarını öyrənəcəyik. Bu həmin şəxslərin özləri üçün də maraqlı məlumatdır."

Nəzrin Mustafayeva özəl laboratoriyalarda bu testlərin hal hazırda ödənişli formada həyata keçirildiyini bildirir: "Lakin bu şansdan istifadə edərək, artıq ödənişsiz olaraq müayinə olunmaq imkanı yaranıb. Həmin şəxslər arzu edərlərsə, onlarada qanın ümumi müayinəsinin ediləcək."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31