Nazirlik rəsmisi: “Bir neçə il əvvəlki videoları yenidən dövriyyəyə buraxmaqla izləyiciləri aldadırlar”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbovun sözlərinə görə, son bir həftədə də ailəyə iki dəfə ərzaq yardımı edilib. Elə bu gün də Nazirliyin əməkdaşları həmin ailə ilə görüşərkən yenə ailəyə ərzaq yardımı edilib:

"Sosial şəbəkələrdən birində Saatlı rayonunun Minbaşı kəndində yaşayan Zakir Kərimov və iki il əvvəl xəstəlikdən vəfat etmiş bacısı İradə Kərimova ilə bağlı dünən paylaşılan video bir neçə il əvvəl çəkilib. Hazırda Zakir Kərimov bacısı Ruhiyyə Kərimova ilə birgə yaşayır. Qonşuları da təsdiq edir ki, bütün ərzaq yardımı aksiyalarında onlara yardımlar verilib. Bundan əlavə, Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon filialının və digər müxtəlif dövlət və özəl qurumların xətti ilə həmin ailə hər həftə ərzaq yardımları ilə təmin olunur". "Olaylar" xəbər verir ki, bunu deyən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbovun sözlərinə görə, son bir həftədə də ailəyə iki dəfə ərzaq yardımı edilib. Elə bu gün də Nazirliyin əməkdaşları həmin ailə ilə görüşərkən yenə ailəyə ərzaq yardımı edilib: "Z.Kərimov və bacısı R.Kərimova özləri də ərzaqdan korluq çəkmədiklərini və onlara daim köməklik edildiyini bildiriblər. Onların ailəsi ilə bağlı bir neçə il əvvəl çəkilmiş videonun yenidən sosial mediada paylaşılmasından isə narazılıq ifadə ediblər. Ailə üzvləri ilə görüş zamanı onlardan R.Kərimovanın xəstəliyi ilə bağlı əlilliyinin qiymətləndirilməsi üçün səhiyyə müəssisəsi tərəfindən müvafiq göndəriş formasının elektron sistemə daxil edilməli olduğu bildirilib. Bunun üçün müvafiq prosedur izah olunub. İlk növbədə İ.Kərimovanın sənədlərinin hazırlanması, göndərişin e-sistemə daxil edilməsi üçün ailəyə aidiyyəti qurumlarla birgə dəstəyin göstəriləcəyi bildirilib. Əlilllik təyin edildiyi halda müvafiq sosial ödəniş təyin olunacaq. Həmçinin Z.Kərimovin müharibə veteranı statusuna uyğunluğunun müəyyən edilməsi üçün işlər aparılacaq. Onu da qeyd edim ki, həmin video Zakir Kərimovun neçə illərdir Rusiyada yaşayan qardaşı tərəfindən göndərilib. Bəzi sosial şəbəkələr isə qarayaxmalarını necəsə davam etdirmək üçün artıq mövzu qıtlığı keçirir və bir neçə il əvvəlki videoları yenidən dövriyyəyə buraxmaqla, öz izləyicilərini indi də bu cür aldadırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31