Deputat seçicilərin problemi ilə bağlı aidiyyati qurumlara müraciət edib- FOTO
Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatı Ceyhun Məmmədov bir neçə gün bundan əvvəl Saatlı rayonu Nərimankənd kəndində məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlərlə onlayn görüş keçirib.
19 Avqust 2020 13:59 SosialMilli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatı Ceyhun Məmmədov bir neçə gün bundan əvvəl Saatlı rayonu Nərimankənd kəndində məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlərlə onlayn görüş keçirib. "Olaylar" xəbər verir ki, videoqəbul zamanı bir sıra vacib məsələlər səsləndirildi və daha sonra həmin məsələlər rəsmi qaydada deputat Ceyhun Məmmədova ünvanlanıb. Müraciətlər əsasən qəsəbədə qaz xəttinin, içməli suyun, telefon və internet xəttinin, məktəbdə istilik sisteminin, yolların vəziyyətinin yaxşı olmaması ilə bağlı olub. Müraciətlər artıq aidiyyəti üzrə baxılması üçün "Azəriqaz" İstehsalat Birliyinə, "Azərsu" ASC-nə, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə göndərilib. İnanırıq ki, müraciətlərə qısa zamanda baxılaraq müvafiq qərarlar qəbul ediləcək.