Qənirə Paşayeva Allahverdi Yolçuyevi qəbul edib

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmış aktyor Allahverdi Yolçuyevi qəbul edib.

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmış aktyor Allahverdi Yolçuyevi qəbul edib. "Olaylar" xəbər verir ki, bu barədə məlumat verən komitə sədri aktyorun qarşıdan gələn ad gününü (avqustun 20-i) təbrik edib, yeni sənət uğurları arzulayaraq qayğıları ilə maraqlanıb: "Artıq Mədəniyyət Nazirliyi və bir sıra digər qurumlarla tanınmış aktyor Allahverdi Yolçuyevin qayğı və problemləri, səhhəti ilə bağlı danışmışıq və ümidvarıq ki, uzun illərdir sənət aləmində olan tanınmış aktyorun qayğıları diqqətdə saxlanılacaq. Allahverdi müəllimə can sağlığı, yaradıcılıq fəaliyyətində bundan sonra da uğurlar arzu edirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31