“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti KİV nümayəndələrini mükafatlandırıb

Yunanıstanın Saloniki şəhərində fəaliyyət göstərən “Qala” Yunanıstan – Azərbaycan Dostluq cəmiyyəti Azərbaycan diasporunun fəaliyyətindən yazan bir qurup jurnalst və mətbuat orqanını  təşəkkürnamə ilə  təltif edib.

Yunanıstanın Saloniki şəhərində fəaliyyət göstərən "Qala" Yunanıstan - Azərbaycan Dostluq cəmiyyəti Azərbaycan diasporunun fəaliyyətindən yazan bir qurup jurnalst və mətbuat orqanını  təşəkkürnamə ilə  təltif edib.

"OLAYLAR" xəbər verir ki, təltif olunanların  sıransında eyniadlı qəzetinin əməkdaşı Süleyman İsmayılbəyli də var.

Qeyd edək ki, "Qala" Yunanıstan - Azərbaycan Dostluq cəmiyyəti tərəfindən təltif olunan diaspor jurnalistləri və media orqanları  bunlardır:"KANAL 5" İnternet Televiziyası, Elnur Eltürk, Süleyman İsmayılbəyli, Siyavuş Əmirli, Fuad Hüseynzadə, Əli Zülfüqaroğlu, Fazil Əhməd, İqbal Hacıyev, Afət Telmanqızı, Mətanət Əzimova, İlyas Hüseynov.

"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov bildirib ki, fəaliyyətlərinin ilk günlərindən hər zaman Azərbaycan mediasının diqqət mərkəzində olublar: "Cəmiyyətin kiçik tədbirlərindən tutmuş iri miqyaslı layihələrinədək, demək olar ki, heç bir fəaliyyətimiz KİV-in nəzərindən kənarda qalmayıb. Yunanıstanda yaşayan üzvlərimiz adından bu günədək yanımızda olan, Yunanıstanda yaşayan azərbaycanlıların fəaliyyətinin təbliğinə və təşkilatlanmasına media dəstəyi göstərən bütün jurnalist dostlarımıza təşəkkürümüzü bildiririk".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31