Millət vəkili məcburi köçkünlərlə görüşüb

 Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatı Ceyhun Məmmədovun Biləsuvar rayonunda məskunlaşan Cəbrayıllı məcburi köçkünlərlə görüşləri davam edir.

Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatı Ceyhun Məmmədovun Biləsuvar rayonunda məskunlaşan Cəbrayıllı məcburi köçkünlərlə görüşləri davam edir. "Olaylar" məlumat verir ki, millət vəkilinin bugünkü görüş isə 10-cu və 11 ci qəsəbədə məskunlaşan məcburi köçkünlərlə olub. Müraciətlər əsasən işlə təmin olunma, sağlamlıqla bağlı və digər sosial problemlərlə əlaqədar olub. Ceyhun Məmmədov hər bir müraciətin araşdırılacağını və həlli üçün aidiyyəti qurumlara müraciət ediləcəyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31