Yoluxma sayı artarsa komendant saatı tətbiq oluna bilər - AÇIQLAMA

Xəbər verdiyimiz kimi avqustun 17-də koronavirusa yoluxanların sayı yenidən artıb. Belə ki, 24 nəfər koronavirusa yoluxub, 167-si müalicə olunaraq sağalıb və evə buraxılıb.

Xəbər verdiyimiz kimi avqustun 17-də koronavirusa yoluxanların sayı yenidən artıb. Belə ki, 24 nəfər koronavirusa yoluxub, 167-si müalicə olunaraq sağalıb və evə buraxılıb. Yoluxmaların sayı artarsa yenidən komendant saatı tətbiq oluna bilərmi?

Olaylar.az xəbər verir ki, bununla bağlı danışan deputat Cavid Osmanov bildirib ki, sərt karantin rejimi tədbiq edilən şəhər və rayonlarında yumşalma olduqca yoluxmaların sayında artım müşahidə olunmaqdadır.

Əlbəttə, bu gözlənilən idi. İnsanlar yumşalmalardan sonra daha çox evdən çıxır, iş yerlərinə gedirlər. Beynəlxalq praktikada onu göstərir ki, karantin rejimində yumşalmalar olduqdan sonra yoluxanların sayında çoxalmalar olur.

Biz də hələlik o hədd deyil ki, yenidən sərt karantin rejimi tədbiq edilsin. Amma o demək deyil ki, sərt karantin rejimi yenidən tədbiq edilə bilməz. Bugünkü müsbət nəticələr mənfi dinamika ilə əvəz edilərsə əlbəttə qabaqlayıcı tədbirlər görülə, yenidən sərt karantin rejimi tədbiq edilə bilər. Bütün hallarda Operativ Qərargah gündəlik rəqəmləri analiz edir, bundan sonra da adiyyəti qurumlarla birgə öz qərarını açıqlayır.Amma bugünkü müsbət vəziyyət mənfi dinamikaya çevrilərsə yəqin ki, Operativ Qərargah yumşalmadan yenidən sərt karantin rejiminə gedə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31