Qaradağ rayonunda təmirə ehtiyacı olan 16 km yol yenidən qurulur

 Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2020-ci ilin investisiya proqramına uyğun olaraq Qaradağ rayonu Qobustan, Lökbatan, Qızıldaş, Müşfiqabad, Ümid və Sanqaçal qəsəbələri üzrə təmirə ehtiyacı olan daha 16 km uzunluğa malik küçə və yollarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

"OLAYLAR" -a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınır, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir, küçələr boyu mövcud piyada səkiləri bərpa olunur, zəruri yerlərdə yeniləri inşa edilir, kənarlarına yeni səki daşları düzülür və bunun ardınca asfaltlanma işləri aparılmaqla yeni infrastruktur yaradılır.

Layihə çərçivəsində Qobustan qəsəbəsində N.Niftaliyev küçəsi və Salyan yolu bina 5, 30, 30a yolları, Ümid qəsəbəsində Mərkəzi küçə təmir olunaraq vətəndaşların istifadəsinə verilib.

Hazırda sözügedən rayon üzrə anoloji təmir-bərpa işləri Qızıldaş qəsəbəsində qəbirstanlığa gedən yolda və Sanqaçal qəsəbəsində 1-ci massivə gedən köməkçi yolda davam etdirilir. Artıq bu yolların bir hissəsində də işlər yekunlaşdırılıb.

Qeyd edək ki, prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-cu ildə Qaradağ rayonunda ümumi uzunluğu 11 km-ə yaxın 10 küçə və yola asfalt-beton örtüyü döşənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31