Millət vəkili seçiciləri ilə onlayn görüş keçirib
Millət vəkili Vüqar Bayramov seçiciləri ilə onlayn görüş keçirib.
17 Avqust 2020 16:24 SosialMillət vəkili Vüqar Bayramov seçiciləri ilə onlayn görüş keçirib. "Olaylar" xəbər verir ki, bu barədə deputatın özü məlumat verib. Bildirib ki, belə görüşləri mütəmadi olaraq davam etdirəcək: "Bu gün, 17 avqust tarixində seçicilərimlə onlayn olaraq növbəti görüşümüz keçirildi. Görüş zamanı 30 nəfər vətəndaşımızın problem və qayğıları dinlənilib yerində qərarlar qəbul edildi. Qeyd edim ki, görüşdə iştirak edənlərin 84%-i təmsil etdiyim dairədən, 16%-i isə digər rayonlardan olan vətəndaşlarımız idi. Müraciətlərin bir qismi yerindəcə müsbət həllini tapsa də, digər müraciətlərin həlli istiqamətində rəsmi deputat sorğusu göndərməyi qərar verdik. Hörmətli həmyerlilərimin nəzərinə çatdırım ki, bu şəkildə onlayn görüşlərimiz mütəmadi olaraq davam etdiriləcək və çətinliklərinizin həllinə səlahiyyətlərimin daxilində dəstək olmağa çalışacağam".