Paytaxtın bir sıra yollarında sürət həddi endirilib
17 Avqust 2020 11:55 SosialYağışlı hava şəraiti ilə əlaqədar H.Əliyev prospekti-Hava limanı-Mərdəkan və Zığ-Beton yolu-Hava limanı yollarında sürət hiddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib.
Bu barədə məlumat "OLAYLAR"-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
Qurum qeyd edib ki, məqsəd yağışlı havada yol hərəkəti təhlükəsizliyinin təmin olunmasıdır: "Bir daha bütün sürücülərə diqqətli olmağı, yağışlı hava şəraitini nəzərə almalarını və sürət həddini aşmamağı tövsiyə edirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31