Baş nazirin müavini gənc liderlərlə görüşüb

İlk görüş “Azərbaycancılıq məfkurəsi: tarix və gələcəyə baxış” mövzusunda Azərbaycan Respublikası Baş nazirinin müavini cənab Əli Əhmədovla oldu.

Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzi 2019-cu ildən "Heydər Əliyev siyasi məktəbini öyrənirik" Gənc Liderlər Proqramının icrasına birgə start verib. "OLAYLAR"-a nazirliyin mətbuat katibliyindən bildirilib ki, proqramın əsas məqsədi gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi ilə onlarda liderlik keyfiyyətlərinin inkişafına şərait yaratmaqdır.

İlk görüş "Azərbaycancılıq məfkurəsi: tarix və gələcəyə baxış" mövzusunda Azərbaycan Respublikası Baş nazirinin müavini cənab Əli Əhmədovla oldu. Görüş zamanı ümummilli lider Heydər Əliyevin fəaliyyəti, gördüyü mühüm işlər, Azərbaycanın regionda rolu, tarixi aspektlər, Azərbaycanın gələcəyi, Azərbaycançılıq məfkurəsi və s. istqiamlət üzrə məlumatalr verlmişdir. Ən əsası isə müstəqiliyimizin daha da möhkəmləndirilməsi üçün gənclərin üzərinə düşən vəzifələr dair onlara tövsiyələr verilib.

Çıxışlardan sonra gəncləri maraqlandıran sullar cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31