Türkiyədə yaşı 65-dən yuxarı olanlara yenidən qadağa qoyuldu
16 Avqust 2020 08:25 SosialTürkiyənin bir çox vilayətlərində yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə əlaqədar yenidən qadağalar tətbiq olunmağa başlanıb.
Bu barədə Düzce, Yalova, Malatya, Siirt, Sivas, Gaziantep, Kayseri, Bartın, Batman, Bursa, Kırıkkale vilayətlərində yayılan xəbərdarlıqda bildirilib.
Hər vilayət valisinin fərqli qadağaları olsa da, adıçəkilən bütün bölgələrdə yaşı 65 yaşdan yuxarı olanların hər vilayət üzrə müxtəlif saatlarda küçəyə çıxmaları məhdudlaşdırılıb. Bəzi vilayətlərdə kütləvi keçirilən mərasimlərə yaşı 15-dək olanların da buraxılması qadağan edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31