Prezidentin köməkçisindən məktəblərin fəaliyyətinin bərpası ilə bağlı VACİB AÇIQLAMA - VİDEO

"Təhsil müəssisələrinin açılması ilə bağlı məsələ araşdırılır və öyrənilir".

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

 

O qeyd edir ki, məsələ ilə bağlı müxtəlif fikirlər var:

"Bu, epidemioloji vəziyyətlə bağlı məsələdir. Digər ölkələrdə də bu məsələ ciddi şəkildə araşdırılır. Bütün məsələlər müzakirə olunur. Bu barədə məlumat veriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31