Hindistan Mədəni Əlaqələr Şurasının qərargahında mötəbər təqdimat olacaq
16 Avqustda keçiriləcək tədbir Hindistanın Dövlət Xarici İşlər naziri Şri V. Muraleedharanın, Hindistan Mədəni Əlaqələr Şurasının Prezidenti Dr. Vinay Sahasrabuddhenin və Parlament üzvünün iştirakı ilə virtual formatda Şri Atal Bihari Vacpayee ci-nin portretinin Hindistanın Möhtərəm Prezidenti Şri Ram Nath Kovind tərəfindən açılışı ilə başlayacaq. Rəsm əsəri, Mumbaylı görkəmli və tanınmış rəssam, həm milli, həm də beynəlxalq miqyasda bir neçə mükafat almış qızıl medalçı Şri Vasudeo Kamath tərəfindən yağlı boya ilə kətan üzərində çəkilib.
15 Avqust 2020 10:26 SosialNigar Nigar "Olaylar" Hindistan Mədəni Əlaqələr Şurası, Hindistanın keçmiş Baş Naziri mərhum Şri Atal Bihari Vacpayee Ci-nin xatirəsinə həsr olunan tədbir təşkil edəcək. Olaylar.az bildirir ki, tədbir Şuranın binasında Şri Vacpayee-nin portretinin təqdimatını həyata keçirəcək. Tədbir, vəfatının 2-ci ildönümündə Şri Atal Bihari Vacpayee ci-nin və onun xalq quruculuğuna töhfələrinin anılması ilə təşkil olunacaq.
16 Avqustda keçiriləcək tədbir Hindistanın Dövlət Xarici İşlər naziri Şri V. Muraleedharanın, Hindistan Mədəni Əlaqələr Şurasının Prezidenti Dr. Vinay Sahasrabuddhenin və Parlament üzvünün iştirakı ilə virtual formatda Şri Atal Bihari Vacpayee ci-nin portretinin Hindistanın Möhtərəm Prezidenti Şri Ram Nath Kovind tərəfindən açılışı ilə başlayacaq. Rəsm əsəri, Mumbaylı görkəmli və tanınmış rəssam, həm milli, həm də beynəlxalq miqyasda bir neçə mükafat almış qızıl medalçı Şri Vasudeo Kamath tərəfindən yağlı boya ilə kətan üzərində çəkilib.
Shri Atal Bihari Vacpayee, fövqəladə vəziyyətdən sonra qurulan Canata hökumətində Xarici İşlər naziri olduğu dövrdə 1977-ci ilin martından 1979-cu ilin avqustuna qədər Hindistan Mədəni Əlaqələr Şurasının Prezidenti vəzifəsini icra etmişdir. Xarici İşlər naziri olduğu müddətdə Vacpayee ci, 1977-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında hindi dilində çıxış edən ilk şəxs olmuşdur. Hindistan Mədəni Əlaqələr Şurasının daha da genişlənməsi və Hindistan mədəniyyətinin dünyada təbliğ edilməsi onun fikir və rəyasəti idi. Parlamentin üzvü kimi, Xarici İşlər naziri kimi və nəhayət Baş Nazir kimi Şri Atal Bihari Vacpayee Şuranın fəaliyyətində səciyyəvi və silinməz izlər buraxıb.
Hindistan Mədəni Əlaqələr Şurası, Hindistanın xarici mədəni əlaqələrinə aid siyasət və proqramların hazırlanmasında və həyata keçirilməsində fəal iştirak etmək, Hindistan və digər ölkələr arasında mədəni əlaqələri və qarşılıqlı anlaşmanı inkişaf etdirmək və gücləndirmək və xarici ölkələr və insanlarla mədəniyyət mübadiləsini təşviq etmək məqsədilə 9 aprel 1950-ci ildə təsis olunmuşdur. Şuranın, Hindistanın müxtəlif ştatlarında 19 regional ofisi və qlobal miqyasda proqramların həyata keçirilməsi məqsədilə xaricdə 38 Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. İllər ərzində Şuranın fəaliyyəti genişlənmişdir və bu gün xaricdə Hindistanın "yumşaq güc"ününün təbliğ edilməsini həyata keçirən Xarici İşlər Nazirliyinin Mədəni Diplomatiya qoludur.