Mallar nə zaman açılacaq?- Açıqlama

İri ticarət mərkəzləri açılması üçün də müəyyən qaydalar işlənib hazırlanmalıdır. Belə ki, maskasız insanların ticarət mərkəzlərinə daxil olmasına icazə verilməməlidir.

Hazırda 13 rayon və şəhərdə sərt karantin rejimi tədbiq edilir. Lakin avqustun 5-dən müəyyən yumşalmalara gedildi. Bundan əlavə avqustun 17-də açıq havada olan kafe və restoranların açılması gözlənilir. Açıq havada olan kafe və restoranlarla yanaşı iri ticarət mərkəzlərinin də açılması gözlənilir. Avqustun 17-də iri ticarət mərkəzləri açıla bilərmi?

Olaylar.az-ın verdiyi xəbərə görə, bununla bağlı danışan deputat İqbal Məmmədov bildirib ki, dövlət tərəfindən görülən opertiv addımlar sayəsində yoluxanların sayı 600-dən iki rəqəmliyə düşüb:

"Eləcə də ölənlərin sayı xeyli azalıb, sağalanlar isə iki-üç dəfə artıb. Sevindirci haldır ki, insanlarımız artıq bu xəstəliyin təhlükəli olduğunu dərk edir, qoyulan qaydalara əməl edirlər. Artıq ictimai nəqliyyatda, marketlərdə və digər qapalı məkanlarda maskalardan istifadə edənlərin, sosial məsafəni qoruyanların sayı artıb.
 

Məhz ona görə də bilirsiniz ki, avqustun 5-dən müəyyən yumşalmalara gedildi. İlk öncə "sms" icazə ləğv edildi, daha sonra çimərliklər, xırda ticarət müssisələri açıldı. Təbii ki, yoluxmanın sayının azalması və yumşalmalar insanları arxayın salmamalıdır. Biirsiniz ki, may ayındakı yumşalmalardan sonra ölkəmizdə yoluxanların sayı 600-ə çatmışdı.

Unutmamalıyıq ki, koronavirus pandemiyası hələ bitməyib. Təəssüf ki, müxtəlif ölkələrdə vaksinlər sınaqdan keçirilsə də koronavirusun peyvəndi hələlik tapılmayıb. Ona görə də biz qoyulan qaydalara məsuliyyətlə yanaşıb, maska taxmalı, sosial məsafəni qorumalı və şəxsi sanitar gigyenik qaydalara əməl etməliyik.

Bu sadə qaydalara əməl edərək həm özümüzü, həm də yaxınlarımızı qoruya bilərik. Qaldı ki, iri ticarət mərkəzlərinin açılması məsələsinə Operativ Qərargahın sonuncu brifinqində bu məsələnin müzakirə olunduğu qeyd edildi".

Deputat vurğulayıb ki, hər birimiz iri ticarət mərkəzlərinin, rayonlara gediş gəlişin bərpasını istəyirik:

"Amma bunun üçün ilk öncə epidemoloji vəziyyətin nəzərə alınması vacibdir. Nazirlər Kabineti yanında Operativ Qərargah mövcud vəziyyəti, yoluxanların sayının artma-azalma dinamikasına uyğun sərtləşmələrə və yumşalmalara gedir. İri ticarət mərkəzləri açılması üçün də müəyyən qaydalar işlənib hazırlanmalıdır. Belə ki, maskasız insanların ticarət mərkəzlərinə daxil olmasına icazə verilməməlidir. Bundan əlavə girişdə insanların tempuraturu ölçülməlidir. Mağaza daxilində də sosial məsafənin qorunmasına riyaət edilməlidir. Düşünürəm ki, bu qaydalara əməl etmək şərti ilə iri ticarət mərkəzlərini açmaq olar".(BİG.AZ)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31