Telli Borçalı çətin durumda - Azərbaycana qayıda bilmir
14 Avqust 2020 13:15 SosialAşıq Telli Borçalı kimi tanınan Telzada Kurbanova Azərbaycana qayıda bilmir.
Pandemiyadan öncə Gürcüstana gedən Kurbanova yeddi aydır Marneuli rayonundadır. Bir neçə gün öncə rayonun mərkəzi bazarına gələn aşığın hazırkı baxımsız görünüşü ətrafdakıların təəccübünə səbəb olub.
Bildirilir ki, 7 aydır məclislərə getməyən aşıq maddi sıxıntılar içərisindədir. Qeyd edək ki, T.Kurbanova əslən Marneuli rayonunun Qasımlı kəndindəndir.ölkə.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31