Müəllimlər və şagirlər üçün internet pulsuz olacaq?- TƏHSİL EKSPERTİ

Təhsil eksperti Almaz Həsrət bildirib ki, təkliflər irəli sürülərkən bir çox sahənin mütəxəssisləri və ekspertlərin də rəyləri alınıb:

Xəbər verdiyimiz kimi Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir. Birinci ssenari tədrisin məsafədən təşkilini nəzərdə tutur. Belə ki, təhsil müəssisələrinin fəaliyyəti ənənəvi qaydada bərpa olunmur, 2020-ci ilin mart-iyun aylarında Respublikanın təhsil müəssisələrində tətbiq edilən yanaşma davam etdirilir və tədris prosesi məsafədən həyata keçirilir. İkinci ssenari tədrisin qarışıq (onlayn və sinif otağında) modelinin tətbiqini nəzərdə tutur. Burada məktəblər xüsusi şərtlər və differensial yanaşma tətbiq edilməklə mərhələli şəkildə açılır, məzmunun bir hissəsi məsafədən tədris edilir.
Daxili sanitar-epidemioloji qaydalara ciddi nəzarət edilir və açılan məktəblərdə epidemioloji nəzarət, hərarət yoxlama, izolyasiya və s. kimi tədbirlərin həyata keçirilməsi tövsiyə edilir.

Olaylar.az-ın verdiyi xəbərə görə, bununla bağlı danışan əməkdar müəllim, təhsil eksperti Almaz Həsrət bildirib ki, təkliflər irəli sürülərkən bir çox sahənin mütəxəssisləri və ekspertlərin də rəyləri alınıb:

"Çünki bilirsiniz ki, Təhsil İnistitutunda bu sahədə bir çox işlər görülür. Aparılan işlərin nəticəsi kimi respublika üzrə orta, ali və məktəbəqədər təhsil ilə bağlı bütün təkliflər hərtərəfli kompleks şəkildə düşünülüb. Hazırda pandemiya dövrüdür. Pandemiya dövründə verilən bütün təkliflər bir neçə ay ərzində müəyyən çətinliklərin aşılmasından ötrü distant, yəni məsafədən təhsilə keçid digər dağətəyi zonalarında yerləşən məktəblərdə və bəzi rayonlarda tətbiq edilə bilməz.

Çünki orada internet və işıqla bağlı problemlər yaşanır. Onların əksəriyyətinin ailələrində informasiya kommunikasiya texnologiyaları ilə bağlı problemlər var. Elə uşaqlar var ki, heç onların telefonları belə yoxdur. İnternet demək olar ki, normal işləmir. Bütün bunları nəzərə alaraq daha səmərəli yollar axtarıb tapmaq lazımdır.(BİG.AZ)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31