Əli Abbasov müşavir oldu

AMEA prezidentinin müşaviri vəzifəsinə təyin olunub.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev "Yüksək Texnologiyalar Parkı" MMC-nin direktoru sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovu vəzifəsindən azad edib.

Olaylar.az xəbər verir ki, məsələ ilə bağlı  açıqlama verən Ə.Abbasov bildirib ki, hazırda AMEA prezidentinin müşaviri vəzifəsinə təyin olunub.

"Bu məsələni siyasiləşdirməyə ehtiyac yoxdur. İndiki vəzifəm daha yüksəkdir və əhatə dairəsi genişdir. Hesab edirəm ki, indiki vəzifəm mənə daha yaxındır", -deyə o, bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31