Vyetnam bu ölkədən vaksin alacaq
Vyetnam hökuməti Rusiyadan SARS-CoV-2 koronavurusu əleyhinə vaksin alacaq.
14 Avqust 2020 11:06 SosialVyetnam hökuməti Rusiyadan SARS-CoV-2 koronavurusu əleyhinə vaksin alacaq.
"Reuters" agentliyi bu barədə Vyetnam Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
"Eyni zamanda, Vyetnam COVID-19 əleyhinə öz peyvəndini inkişaf etdirməkdə davam edəcək", - deyə, nazirliyin məlumatında qeyd olunur.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin dünyada ilk koronavirus əleyhinə peyvəndin qeydiyyatdan keçdiyini elan edib.
Preparat Rusiya Müdafiə Nazirliyinin və Qamaleya adına Elmi-Tədqiqat Mərkəzinin mütəxəssisləri tərəfindən birgə hazırlanıb və "Sputnik V" adını alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31