Bu gündən müəllimlərin işə qəbulu başlayır
Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başlayır.
14 Avqust 2020 10:35 SosialBu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başlayır.
Olaylar.az xəbər verir ki, imtahanların ilk günündə fizika və fransız dili müəllimi olmaq istəyən namizədlər iştirak edəcək.
İmtahanlar ümumilikdə təxminən 18 gün davam edəcək. Test imtahanlarının Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilməsi nəzərdə tutulub. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim ediləcək. İmtahan keçiriləcək bütün regional mərkəzlərdə bu müddət başa çatdıqdan sonra namizədlərə 10 dəqiqə ərzində səhv cavablandırdığı sualları görmək imkanı yaradılacaq.