Deputat Şahin Seyidzadə seçicilərlə növbəti onlayn görüş keçirib

50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat Şahin Seyidzadə Respublika Günündə seçicilərlə növbəti onlayn görüş keçirib.  "Olaylar" xəbər verir ki, bu barədə deputat öz "Facebook" səhifəsində məlumat yerləşdirib: "50 saylı Abşeron-Qobustan seçki dairəsindən müvafiq olaraq Abşeron rayonu üzrə Saray, Qobu qəsəbələri, Qobustan rayonu üzrə isə Sündü, Sədəf, Cəyirli və Cəmcəmli kəndlərindən olan 9 sakinlə əlaqə saxlayaraq müraciətlərini dinlədik. Onlayn formada keçirilən qəbullarda müraciətlərin əsas istiqamətləri sosial müavinət, məşğulluq, hüquq və Qobustan Rayon Mərkəzi Xəstəxanasının əməkdaşlarının şikayətləri olmuşdur."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31