Sənə məmursan, jurnalist səndən aşağıdadır deyib, öyrədənə lənət- Jalə Mütəllimova-Seyidli YAZIR

Jalə Mütəllimova-Seyidli

Illərin media təcrübəsi həm də yüksək rütbəli tanışlarla üz-üzə gətirir adamı. Bayaq belə bir tanış deyir ki, bu qədər söyüşə məmur cavab verməməlidir. Gərək jurnalist eləyə bunu, hərənin öz işi var də. Məmura yaraşmır o sözlər, yəni söyüşlər. Dedim qardaş, mənim qələmim sənin kreslondan bahadır, bu bir. Sən hələ məmur kimi serjant da deyilsən, noolsun vəzifə verilib, bu iki. Sənin nazirindən də artığam, nəinki səndən, bu da üç. Qardaş incidi. Dedim incimə, qardaş, bizi sizə belə tanıdana lənət. Qapınıza gəlib otururlar ee ki, dədəm ölüb pul ver yerdən götürüm, yoxsa yazacam, jurnalistəm, bax onu jurnalist edənə lənət. Bir də sənə məmursan, jurnalist səndən aşağıdadır deyib, öyrədənə lənət. A kişilər, media hakimiyyətin bir qoludur. Sizə ayaqqabı silən, corabyuyan deyil. Dövlət ondan yaxşı mənada çəkinməlidir, hörmət eləməlidir, yolunu saxlamalıdır. Bizi darmadağın eləməyi hədəfləyənlər yaxşı bilirdi ki, mediasız hakimiyyəti yıxmaq, dağıtmaq, zəiflətmək, ondan oğurlamaq, hər türlü cinayət eləmək asandır. Göstərən yoxdur axı ki, görən olsun. Indi də siz anlamırsınız ki, biz darmadağın olmuşuq deyə, siz də toparlana bilmirsiniz. Media bu gündə yox, daha müstəqil, daha varlı, daha sərbəst olsaydı, reklam bazarında qalsaydı, qəzetlərin satışına əngəllər törədilməsəydi, bu gün dövlət indikindən on qat güclü olacaqdı. Hamı da öz yerini biləcəkdi. JEK müdirini başımıza mindirən atana...lənət

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31