Komitə sədri məhşur şirkətin rəhbəri ilə görüşüb

Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsin sədri Tahir Mirkişili  Carlsberg  Azerbaijan şirkətinin direktoru Vyaçeslav Malçev ilə görüşüb. "Olaylar" xəbər verir ki, bu barədə məlumat verən millət vəkili qeyd edib ki, görüşdə qanunvercilik aktlarının real sektorda biznesə təsirini və onların təkmilləşdirilməsinə olan ehtiyacları müzakirə edilib: "Şirkət rəhbərliyi ölkədə aparılan iqtisadi islahatları yüksək qiymətləndirərək bunun nəticəsində fəaliyyətlərinin inkişaf etdiyini qeyd etdi. Bizim üçün də real sektorun nümayəndələrindən daha çox investisiya qoymaq və daha çox iş yerləri açmaq üçün qanunvercilik baxımından nələrin tələb olunduğunu bilmək vacibdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31