Tamam Cəfərova: “Azərbaycanın beynəlxalq arenada nüfuzu daha da yüksəlir”
6 May 2020 14:27 Sosial"Prezidenti İlham Əliyev qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsini təklif etməsi, Qoşulmama Hərəkatının üzvləri olan ölkələr tərəfindən bu təklifə dəstəyin olması və eyni zamanda, videokonfransın yekun sənədinə həmin təşəbbüsün daxil edilməsi beynəlxalq arenada ölkəmizin nüfuzunun daha da yüksəlməsinə zəmin yaradır." Bunun millət vəkili Tamam Cəfərova deyib. Bildirib ki, Qoşulmama Hərəkatının təmas qrupu formatında videokonfrans may ayının 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirildi. Müşavirədə 40-dan çox dövlət və hökumət Başçıları, Birləşmiş Millərlər təşkilatının baş katibi, Afrika ittifaqı komissiyasının sədri, Avropa Birliyinin ali nümayəndəsi, Ümumdünya səhiyyə təşkilatının baş direktoru iştirak etmişlər. Çıxışlarda Pandemiyanın yaratdığı ekstremal şəraitdə onlayn rejimdə videokonfrans təşkil etdiyinə görə cənab İlham Əliyevə təşəkkürlər bildirilmişdir. Deputat bildirib ki, Azərbaycan koronavirus pandemiyası meydana çıxdığı ilk gündən özünə qapanmadan bu virusla mübarizədə beynəlxalq səylərə töhfə verməyə, bu istiqamətdə qazandığı uğurlu təcrübəni digər ölkələrlə bölüşməyə başlayıb. Azərbaycan təkcə milli səviyyədə yox, eyni zamanda, regional və qlobal miqyasda da COVID-19-la mübarizədə səmərəli tədbirlər görür. Bir müddət əvvəl dövlət başçımızın Türk Dövlətləri Şurasının ölkə başçılarının iştirakı ilə Zirvə görüşünü keçirmək təklifi və təşəbbüsünün yüksək qiymətləndirilməsi, eləcə də görüş əsasında COVID-19-la mübaizə istiqamətində irəli sürdüyü fikirlərinin dəstəkənməsi, həmçinin ölkəmizdə həyata keçirilən təxirəsalınmaz işlərin nümunə olaraq digər ölkələrdə tətbiqi də belə qənaətə gəlməyə zəmin yaradır ki, Qoşulmama Hərəkatının Təmas Qrupu formatında baş tutan Zirvə toplantısı da bu addımların davamıdır: "Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə görüşündə Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir daha diqqətə çatdırdı ki, ölkəmiz üçün priotitet məsələ insanların sağlamlığı və sosial müdafiəsinin gücləndirilməsidir. Bu məqsədlərə nail olmaq üçün dövlətimiz ilk gündən lazımi addımları atdı, ölkə rəhbərinin şəxsən nəzarəti ilə antiböhran konsepsiyası işə salındı, bu gün bütün ölkə həyatı karantin lokomotivinə uyğunlaşdırılıb, demək olar ki, bütün sahələrlə bağlı nəzarət tətbiq edilib. Qısa müddətdə Azərbaycanın bu istiqamətlərdə səyləri öz töhfəsini verdi. Hazırkı mürəkkəb dövrdə Azərbaycan bir çox ölkələrə dəstəyini əsirgəmədi, onların yanında olmağa da çalışdı".
Millət vəkili qeyd edib ki, belə bir mötəbər quruma rəhbərlik etmək və dünya ölkələrində ciddi fəsadlar törədən pandemiyaya qarşı mübarizədə bütün dövlətləri birləşdirməyə çalışmaq Azərbaycan Prezidentinin humanist, uzaqgörən siyasətinin göstəricisidir: "Bu həm də dövlətimizin milliyətindən asılı olmayaraq dünyada yaşayan bütün insanların sağlamlığının qorunmasına öz töhfəsini verdiyinin əyani isbatıdır. Pandemiyanın ağır faciələrindən qurtulmaq üçün bütün ölkələrin və beynəlxalq təşkilatların həmrəyliyi son dərəcə vacibdir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşündə bütün bu və digər mühüm məsələlərə toxunuldu və çıxış yolu ilə bağlı birlikdə müzakirə aparıldı. Prezident İlham Əliyev ölkəmizin pandemiyaya qarşı apardığı uğurlu mübarizə barədə geniş şəkildə məlumat verməsi pandemik mübarizədə Azərbaycan modelini digər ölkələrlə bölüşməyə hazır olduğunun göstəricisi idi: "Həyata keçirilən bütün tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı alınıb. Son üç həftə ərzində ölkəmizdə xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasındakı dinamika müsbətdir. Pandemiya dönəmində biz bir daha həkimlərimizin peşəkarlığının şahidi olmuşuq. Azərbaycan koronavirus xəstələrinin müalicəsi sahəsində öz təcrübəsini Qoşulmama Hərəkatının digər üzv dövlətləri ilə bölüşməyə və bu sahədə əməkdaşlığa hazırdır". Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin pandemiya ilə mübarizədə fəaliyyəti Qoşulmama Hərəkatına üzv ölkələr və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir: "Dövlət başçımızın panddemiyaya qarşı apardığı uğurlu mübarizə, o cümlədən Qoşulmama Hərəkatı üzvlərini təkrar birliyə səsləməsi üzv ölkələr tərəfindən də son dərəcə yüksək qarşılandı. Qəbul edilən birgə bəyannamədə də Prezident İlham Əliyevin fəaliyyəti xüsusilə ilə qeyd edildi: "Bu vaxtında və dəyərli görüşün keçirilməsi təşəbbüsü ilə çıxış etdiyi üçün Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri zati-aliləri cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk". Prezidenti İlham Əliyev qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etməyi təklif etdi. BMT-nin Baş Assambleyası səviyyəsində dövlətimizin başçısı tərəfindən bu əhəmiyyətli təşəbbüsün təqdimi və eyni zamanda, Qoşulmama Hərəkatının üzvləri olan ölkələr tərəfindən bu təklifə dəstəyin olması ilə birgə videokonfransın yekun sənədinə həmin məsələnin daxil edilməsi Azərbaycanın Hərəkata sədrlik etdiyi dövrdə qlobal səviyyədə praktiki fayda göstərməklə yanaşı, gələcəkdə təklif olunan təşəbbüsün istər bu təşkilat, istərsə də BMT səviyyəsində müxtəlif yekun sənədlərdə yer almasına əsas yaradır. Yəni dövlətimizin başçısı tərəfindən edilən bu təşəbbüs beynəlxalq arenada ölkəmizin nüfuzunun daha da yüksəlməsinə zəmin yaradır. Qeyd etmək lazımdır ki, Azərbaycanın sədrlik etdiyi, Türkdilli dövlətlərin əməkdaşlıq şurasının və Qoşulmama hərəkatının Təmas qrupunun videokonfransını təşkil edilməsi, tarixdə ilk dəfə olaraq Avropa İttifaqının Ali nümayəndəsinin iştirakı ölkəmizin, Prezidentimizin beynəlxalq nüfuzunun göstəricisi olmaqla bərabər, Azərbaycan dövlətinə və ölkə liderinə göstərilən böyük etimaddır".
Alim