"Sizin ətrafınızda sıx birləşib bütün çətinliklərdən qələbə ilə çıxacağıq"- PREZİDENTƏ GƏLƏN MƏKTUBLAR
25 Aprel 2020 13:55 SosialÖlkə vətəndaşlarından Prezident İlham Əliyevin ünvanına minnətdarlıq məkrubları gəlməkdə davam edir. Prezidentin saytına istinadən həmin məktublardan bir neçəsini təqdim edirik:
Hörmətli cənab Prezident,
Fəxarət hissi ilə söyləyə bilərik ki, cümlə cahanın bu amansız xəstəliklə çarpışdığı bir dövrdə Siz xalqınızı unutmur, həssas təbəqədən olan vətəndaşlarımızı diqqətdə saxlayır və onların qayğısını çəkirsiniz.
Ölkəmizin ilk dəfə pandemiya ilə mübarizədən Sizin sayənizdə minimum itki ilə çıxacağımıza əminik. Şübhəsiz ki, bu bəlaya birlikdə qalib gələcəyik.
Azərbaycanımızın gələcəyinin gözəl olacağına əminik və inanırıq ki, o gözəl gələcəyi Sizin kimi müdrik siyasi xadim quracaq. Təşəkkür edirik Sizə, cənab Prezident.
Dərin ehtiram hissi ilə,
Zöhrabov Elvin Məzahir oğlu.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.
xxx
Möhtərəm cənab Prezident.
İlk öncə Sizə Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və vətəndaşların sosial vəziyyətinin yaxşılaşılaşdırılması istiqamətində apardığınız siyasətə və ayırdığınız diqqətə görə təşəkkür edirəm. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının hər bir vətəndaşı Sizin dəstəyinizi hiss edir. Azərbaycan Respublikasının Sizin rəhbərliyiniz altında apardığı daxili və xarici siyasət dövlətin və vətəndaşlarının birbaşa marağına xidmət göstərir. Qeyd etmək istəyirəm ki Sizin verdiyiniz hər bir göstərişin arxasında Azərbaycan Respublikası vətəndaşının sosial rifahı dayanır. Son illər Sizin tapşırığınıza əsasən Azərbaycanda qeyri neft sektorunun inkişafı istiqamətində addımlar atılır, inanırıq ki, qısa bir müddət ərzində bu istiqamətdə də bizim çox böyük uğurlarımız olacaq. Sizin rəhbərliyiniz altında Azərbaycan bir çox sahələrdə idxalçı ölkədən ixracatçı ölkəyə çevrilmişdir. Bunun üçün Sizə təşəkkürümüzü bildirərək qeyd etmək istəyirik ki, Sizin arxanızda Azərbaycan Respublikasının hər bir vətəndaşı dayanır.
Dərin hörmətlə,
Hacımirzəyev Fərid Vaqig oğlu
Azərbaycan Respublikası, Xaçmaz rayonu.
xxx
Möhtərəm cənab Prezident.
Bildiyimiz kimi bütün dünyada sərhəd tanımayan böyüyü, kiçiyi amansızcasına cənginə almış koronavirus virusu bəşəriyyəti sınaq qarşısında qoyub. Dünyanın inkişaf etmiş ölkələri belə təlatüm içində amansız xəstəlik ucbatından xalqının ölümünü seyr edir. Bu acınacaqlı vəziyyətdə Sizin uzaqgörən siyasətiniz və humanist addımlarınız, operativ şəkildə gördüyünüz işlər, ölkədə hər bir sahəni düşünərək qəbul etdiyiniz düzgün qərarlar, xalqın sosial rifahının yaxşılaşdırılması məqsədilə ard-arda verdiyiniz Sərəncamlar, bir sözlə Azərbaycan xalqının Sizin üçün hər şeydən üstün olduğunu bir daha sübut etdi. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa bir ana kimi çağırışı ölkə əhalisində xəstəliyə qarşı, mənəvi-psixoloji ruh yüksəkliyi yaratdı. Hər zaman xalqımıza dayaq olduğunuz üçün, həm bir sahibkar kimi öz adımdan, həm də bütün beyləqanlılar adından Sizə təşəkkür edir, bu şərəfli yolda, ölkəmizin uğurlu gələcəyi naminə gördüyünüz bütün işlərdə Azərbaycan xalqının mənafeyini hər şeydən üstün tutduğunuz üçün Sizə və silahdaşınız Mehriban xanıma tükənməz müvəffəqiyyətlər arzulayıram. Allah Sizi və ailənizi qorusun.
Dərin hörmət və ehtiramla,
Hüseynov Vidadi İsa oğlu - Şəhid atası
Azərbaycan Respublikası, Beyləqan şəhəri.
xxx
Hörmətli cənab Prezident.
Bu məktubu yazmaqda məqsədim Sizə səmimi qəlbdən gələn minnətdarlıq hisslərimi çatdırmaqdır. Lənkəran şəhərində 40 ildir fəaliyyət göstərən zəhmətkeş əczaçı kimi son vaxtlar ölkəmizdə baş verən hadisələrdə sizin çox böyük dəstəyinizi hiss etdim. Koronavirus pandemiyası dövründə şəxsən Sizin çıxışlarınızdan mənəvi güc alaraq fəaliyyətimi daha da həvəslə davam etdirdim. Qısa zaman ərzində xalqı zəruri tibbi ləvazimatlarla və avadanlıqlarla təmin etmək istiqamətindəki misilsiz fəaliyyətiniz ilə bizə çox böyük yardımçı oldunuz. Azərbaycanda istənilən sahədə qəbul etdiyiniz müdrik qərarlar sayəsində hazırda ölkəmiz pandemiya ilə mübarizədə digər ölkələrə nümunə göstərilir. Xalqın sosial rifah halının gücləndirilməsi üçün apardığınız düzgün və dəqiq siyasət nəticəsində bu gün hər bir Azərbaycan vətəndaşı Sizə ürəkdən təşəkkürünü bildirir. Bu fəaliyyətinizlə həqiqətən hər bir azərbaycanlının Prezidenti olduğunu bir daha qürurla nümayiş etdirirsiniz. Biz xalq olaraq çox şanslıyıq ki, Sizin kimi vətəndaşlarının qayğısına qalan sadə və səmimi dövlət başçımız var. İnanırıq ki, Sizin ətrafınızda sıx birləşib bütün çətinliklərdən qələbə ilə çıxacağıq. Həmişə var olun. Allah Sizi və ailənizi qorusun.
Dərin hörmət və ehtiramla,
Məmmədova Elazə Əkrəm qızı
Azərbaycan Respublikası, Lənkəran şəhəri.
xxx
Hörmətli cənab Prezident.
Bu gün bütün dünyanı bürüyən, iflic vəziyyətinə salan koronavirus pandemiyası ilə mübarizədəyik. Bu mübarizədə infeksiyanın ölkəmizdə geniş yayılmaması üçün atdığınız ciddi və məqsədyönlü addımlarınızı dəstəkləyirik. Xalqın rifahı naminə etdiyiniz bir çox güzəştlər o cümlədən, sosial ödənişlərin edilməsi, işsizlərə maddi yardımların güstərilməsi, işə çıxmadığımız halda biz müəllimlərin əməkhaqlarının verilməsi, ali və orta ixtisas tədris ocaqlarında təhsil alanların ödənişlərinin dövlət tərəfindən ödənilməsi, cəzaçəkmə müəssisələrindəki bir çox məhbusların əfv olunması təqdirəlayiqdir. Bu addımlarınız Sizin daim xalqımızın yanında olmağınızın bariz nümunəsidir. Həmçinin, səhiyyə və polis işçilərinə göstərdiyiniz xüsusi diqqət ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Sizin uzaqgörənliyiniz sayəsində əvvəlcədən görülmüş, bu gün də davam etdirilən dezinfeksiya və bir çox qabaqlayıcı tədbirlər dünya ictimaiyyəti tərəfindən bəyənilmişdir. Bir müəllim olaraq, ailəm adından Sizə və Birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildirirəm. Mən və mənim vətənpərvər ruhda tərbiyə etdiyim şagirdlərim Sizə güvənir.
Cənab Prezident, biz Sizinlə birlikdə güclüyük.
Dərin hörmət və ehtiramla,
İskəndərova İlhamə Rəşid qızı
Azərbaycan Respublikası, Cəlilabad rayonu.
xxx
Möhtərəm cənab Prezident.
Dünyanı cənginə almış koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Sizin müdrik və uzaqgörən siyasətinizlə ölkəmizdə koronovirusun yayılmasının qarşısının alınması istiqamətində mühüm addımlar atılıb. Dövlətimiz bütün imkanlarını epidemiyanın qarşısının alınmasına və fəsadlarının aradan qaldırılmasına yönəldib. Bütün bunlar sübut edir ki, yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır.
Cənab Prezident, bütün bu işlərə görə Sizə təşəkkür edirik. Sizinlə qürur duyuruq.
Dərin hörmətlə,
Bağırova Gülşən İsmayıl qızı
Azərbaycan Respublikası, Gəncə şəhəri.
xxx
Möhtərəm cənab Prezident.
Koronavirusa qarşı önləyici tədbirlər görən qabaqcıl ölkələrdən biri də Azərbaycandır. Sizin çağırışınıza böyük məsuliyyətlə yanaşaraq ölkə vətəndaşları virus təhlükəsinə qarşı həmrəylik nümayiş etdirirlər. Biz gəncəlilər yaxşı dərk edirik ki, bu təhlükəni yalnız Sizin rəhbərliyinizlə dövlətin atdığı addımlara dəstək verməklə aradan qaldırmaq olar. Koronavirusla mübarizədə göstərdiyiniz əzmkarlığa görə Sizə minnətdarlığımı bildirirəm. Tarixin min bir ağrı-acısına tab gətirən Azərbaycan xalqının koronavirusla mübarizədən də alnıaçıq və minimum itki ilə çıxacağına inanırıq. Biz birlikdə güclüyük.
Dərin hörmətlə,
İsaqov Tural Akif oğlu
Azərbaycan Respublikası, Gəncə şəhəri.
xxx
Hörmətli cənab Prezident.
Koronavirus pandemiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə atdığınız müdrik addımlar, xalqa qayğıkeş münasibətiniz qürurvericidir. Yürütdüyünüz daxili və xarici siyasəti daim dəstəkləyirik. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin davamçısı olaraq uzaqgörən siyasətinizlə xalqımızın rifahının yüksəldilməsinə göstərdiyiniz diqqətə görə Sizə minnətdarıq. Sizin göstərişinizlə vətəndaşlarımızın qayğısına qalan dövlət orqanlarına öz dərin təşəkkürümü bildirirəm. Ulu Tanrıdan Sizi və ailənizi qorumağı arzu edirəm.
Dərin hörmətlə,
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyinin sədri Adnan Nəcəfov
Azərbaycan Respublikası, Bakı şəhəri.
xxx
Möhtərəm cənab Prezident.
Bir vətəndaş kimi əminəm ki, xalqımız bu bəladan tezliklə və az itkilərlə xilas olacaqdır. Siz bu çətin günlərdə xalqımıza böyük dayaqsınız. Biz sadə vətəndaşlar isə daim Sizinləyik. Hər birimizin sağlamlığı naminə gördüyünüz işlərə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Birinci vitse-prezident Mehriban xanıma dərin minnətdarlığımı bildirirəm. Ulu Tanrıdan Sizə və ailənizə möhkəm cansağlığı, Azərbaycanımızın xoşbəxt gələcəyi və inkişafı naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Dərin hörmətlə,
Aslanova Ülkər Zakir qızı
Azərbaycan Respublikası, Bakı şəhəri.
xxx
Hörmətli cənab Prezident.
Dünyada yayılmış koronovirus pandemiyası ilə mübarizə şəraitində Sizin işçilərin işdən azad olunmaması, ixtisara salınmaması, əməkhaqqının saxlanılması, işsizlərə 190 manat məbləğində vəsait ayrılması, kommunal ödənişlərdə güzəştlərin nəzərdə tutulması və digər sosial müdafiə üzrə ciddi addımların atılması barədə qətiyyətli tapşırıqlarınız diqqət mərkəzindədir. Bütün bunlara görə, cənab Prezident, Sizə təşəkkür edir, minnətdarlığımızı bildiririk. Siz xalqımızı minimum itki ilə böyük bəladan xilas edir, qoruyursunuz. Ulu Tanrı Sizi qorusun.
Dərin hörmətlə,
Məhərrəmov Eldar Allahverən oğlu
Azərbaycan Respublikası, Gədəbəy rayonu.