Ağdam ağsaqqalından PREZİDENTƏ MƏKTUB: "Allah Sizi qorusun, Siz də biz vətəndaşları"

Azərbaycan  prezidenti  İlham  Əliyevə  minnətdarlıq  məktubları  gəlməkdə  davam  edir.
 Ağdam rayonu, Zərgişalı kənd sakini  Məmmədov Allahverdi Muxtar oğlu yazır:
"Hörmətli cənab Prezident.
Mənim 80 yaşım var. Dünyanı bürüyən bu pandemiya Azərbaycandan da yan keçmədi. Bu ağır günlərdə Sizin uzaqgörənliyiniz və qabaqlayıcı tədbirləriniz bizim qurtuluşumuz oldu. Aprel döyüşləri zamanı bizim kəndimizə gəldiniz və bizə ruh verdiniz. Çətin günlərdə bizimlə oldunuz. Yandırılıb dağıdılan evləri nəzarətə götürdünüz, lazımi tapşırıqlar verdiniz. Az müddətdə evlər tikildi, bərpa olundu. Bu evlərin açılışında Siz və Mehriban xanım Əliyeva da iştirak etdiniz. İnanırıq ki, bu çətinliklərə də Sizin rəhbərliyinizlə qalib gələcəyik. Arzu edirəm, heç zaman yorulmayasınız. Allah köməyiniz olsun. Azərbaycan xalqı fəxr eləsin ki, Sizin kimi dünya şöhrətli Prezidentimiz var. Allah Sizi qorusun, Siz də biz vətəndaşları."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31