Uşaqlar üçün yeni jurnal hazırlanır -“Mücrü”

"Mücrü" nəşriyyatı balaca oxuculara yeni hədiyyəsi gözlənilir. 

Bu haqda Olaylar.az-a ya nəşriyyatdam məlumat verilib.

Nəşriyyat uşaqlar üçün "Mücrü" adlı jurnal hazırlayır.  Jurnal daha çox məktəbəqədər və məktəb yaşlı uşaqlar üçün nəzərdə tutulub. Uşaqlar dərgidə bir-birindən maraqlı hekayələr, şeirlər, maraqlı rubrikalar, oyunlar, müxtəlif ölkələr, xalqlar, şəhərlər, heyvanlar, quşlar, bir sözlə, dünyada uşaqları maraqlandıran hər şey haqqında məlumat əldə edə biləcəklər. 

Bundan əlavə, jurnal vasitəsilə uşaqlar bilik yarışına qoşulacaq, hər nömrədə verilən test tapşırıqlarının düzgün cavabları ilə növbəti nömrədə tanış olacaq, özləri-özlərini qiymətləndirəcəklər. 

Jurnal təkcə uşaq yazarlarının tribunası olmaycaq, burada uşaqlar da müxtəlif yazılarını, çəkdikləri rəsmləri yayımlaya biləcəklər. Hər yeni nömrədə uşaqlar istedadlı yaşıdlarının yaradıcılığı ilə tanış olmaq fürsəti qazanacaqlar. Onlar  sevdikləri  hekayələrin, şeirlərin müəlliflərinə məktublar yaza biləcək, "Mücrü" jurnalı vasitəsilə sevimli müəlliflərlə tez-tez görüşmək imkanı əldə edəcəklər. 

Daha çox azyaşlı uşaqlar və ibtidai sinif uşaqlarına ünvanlanan jurnal  uşaqların maarifləndirilməsi, onlarda mütaliəyə və yaradıcılığa maraq oyatmaq  məqsədi daşıyır. 

Xatırladaq ki, jurnalın təsisçisi "Mücrü" Nəşriyyatı, dərginin baş redaktoru yazıçı-şair Sevinc Elsevərdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31