Ölkəmizdə daha 38 nəfər koronaya yoluxdu
20 Aprel 2020 17:53 SosialAzərbaycan Respublikasında 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 79 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 1436 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 791 nəfər müalicə olunaraq sağalmış, 19 nəfər vəfat etmiş, 626 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31