Azərbaycan fikir, söz, məlumat azadlığı və plüralizmin təmin edildiyi ölkədir

Azərbaycanda fikir, söz və mətbuat azadlığı mövcuddur. Azərbaycan qanunvericiliyi söz və mətbuat azadlığı o qədər dəqiq qoyulub ki, bizim KİV haqqında qanunumuz Avropa şurasının ən ciddi ekspertizasından keçib. Bu sənəd nəinki MDB məkanında, hətta Avropada ən yaxşı qanunlardan biridir. Artıq indi Azərbaycan söz və məlumat azadlığının təmin olunması, medianın inkişaf etdirilməsi istiqamətində görülən işlərdə nəinki Qafqazda liderdir, bütün dünyada ön sıralardadır. Azərbaycanda fikir, söz və məlumat azadlığı, siyasi plüralizmin qorunub-saxlanılması, bu prinsiplərin, normaların daha da inkişaf etdirilməsi günümüzdə də öz aktuallığını qoruyub-saxlayır. Azərbaycanda azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərinin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. KİV-lərin azad, müstəqil fəaliyyəti üçün ölkədə yaradılan münbit şərait birmənalı olaraq yüksək qiymətləndirilir. Azərbaycan demokratik cəmiyyətin bir parçası kimi bu ənənələrin inkişaf etdirilməsi, onun bərqərar olmasını hər zaman diqqətdə saxlayıb, bu istiqamətdə müvafiq addımlar atıb. Azərbaycan dünyada media və söz azadlığının təminatına görə dünyada ən ön sıralarda gedən dövlətlərdən biridir. Millətin maariflənməsi, yeni təfəkkürün formalaşması, ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından bu gün Azərbaycan mediası böyük məsafə qət edib. Hazırda hər kəs öz fikrini azad şəkildə ifadə edir.

Bu gün əminliklə deyə bilərik ki, Azərbaycanda siyasi plüralizm tam mənada qorunur, ölkədə fikir, söz və məlumat azadlığı mövcuddur. Bunu hər bir cəhətdın söyləmək mümkündür. İstər beynəlxalq aləm, dünyanın demokratik cəhətdən inkişaf etmiş ölkələri kimi təqdim edilən dövlətlər müqayisədə, yaxud ölkədə fəaliyyət göstərən siyasi partiyalarınn seçkili orqanlarda təmsilçiliyində. Eyni zamanda siyasi partiyalara hakimiyyət səviyyəsində göstərilən diqqət və qayğıdan da eyni nəticəyə gəlmək mümkündür. Bunun nəticəsidir ki, dövlət "dördüncü hakimiyyət" adlandırılan müstəqil kütləvi informasiya vasitələrinin sərbəst inkişafı üçün hər cür şərait yaratmışdır. Bununla birlikdə, vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu, fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması sahəsində əhəmiyyətli işlər görülmüşdür.

Azərbaycanda siyasi plüralizm ənənələri yüksək dərəcədə formalaşıb. Bu inkişaf özünü onda göstərir ki, ölkədə siyasi partiya və birliklərə hüquqlar verilir, onların qarşısında heç bir məhdudiyyət tətbiq edilmir. Plüralizm ziddiyyətlərin sosial-siyasi ikişafın mənbəyi olmasını tanıyır və bu ziddiyyətlərin dinc yolla həllini mümkün edir. Siyasi plüarizm hakimiyyətdə istənilən inhisarı, hər hansı totalitar və avtoritar rejimi rədd edir. Plüralizmin əsas prinsipi hakimiyyətin xalq tərəfindən seçilməsi və hakimiyyətin bölünməsidir. Ölkəmizdə hər bir siyasi partiya və birlik mövcud şəraitdə heç nədən çəkinmədən, ehtiyyat etmədən öz fikrini, mövqeyini cəmiyyətə çatdıra bilir, öz yanaşma, baxışlarını, bu və ya digər məsələlərə olan münasibətini ortaya qoyur. Azərbaycanda siyasi plüralizmin mövcudluğu təkcə siyasi partiyaların sayının çoxluğunda özünü ehtiva etmir. Həmçinin onlara yaradılan şərait, siyasi partiyaların seçkili orqanlarda iştirak edib yer qazanmasında da özünü açıq şəkildə göstərir. Bunu sübuta yetirmək üçün təkcə Azərbaycan Parlamentinin tərkibinə nəzər yetirmək kifayətdir. Bu gün Azərbaycan Parlamentində hakim Yeni Azərbaycan Partiyası ilə yanaşı onlarla müxalifət partiyası, eyni zamanda dövləti, dövlətçiliyi müdafiə edən partiyalar təmsil olunur.

Azərbaycan mətbuatı bu günkü durumu, səviyyəsinə gəlib çatana qədər bir çox çətinliklər, problemlərlə üzləşib. Mətbuatın maddi durumunun zəifliyindən tutmuş, senzuraya qədər enişli-yoxuşlu, çətin bir dövr keçib. Mətbuat tariximizin ilk illərində belə söz və fikir azadlığı fundamental dəyərlərdən hesab olunurdu, lakin milli mətbuatımızın inkişaf dövrü müstəqillik illərinə təsadüf edir. Azərbaycan müstəqil dövlət kimi tanındıqdan, beynəlxalq aləmə inteqrasiya etdikdən sonra beynəlxalq standartlara uyğun media formalaşdı. Bu isə o deməkdir ki, müstəqil Azərbaycanın mətbuat tarixində keyfiyyət etibarilə yeni mərhələnin başlanması ölkənin müstəqilliyi ilə birbaşa bağlıdır. Bu enişli-yoxuşlu, problemli illər kütləvi informasiya vasitələri üçün ümummilli lider Heydər Əliyev hakimiyyətə gələnə qədər davam edib. Azərbaycanda media, kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan mediası 1993-cü cü ildən sonra Heydər Əliyevin timsalında özünün əsl himayədarını qazandı. Kifayət qədər azad fikirli bir lider olan Heydər Əliyev azad söz və fikir azadlığına da olduqca böyük önəm verirdi. Bu mənada ümummilli liderin Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığının təmin olunması istiqamətində atmış olduğu ən mühüm addım ölkədə senzuranın ləğvi edilməsi oldu. O dövrdə senzuranın ləğv edilməsi müstəqil Azərbaycanın demokratik prinsiplərə sadiqliyinin göstəricisi idi. Ən əsası senzuranı ləğv etməklə Azərbaycan dövləti və şəxsən dövlət başçısı Cənab Heydər Əliyev ölkədə fikir, söz, məlumat və ifadə azadlığının təmin edilməsində maraqlı olduğunu ortaya qoyur, siyasi iradə nümayiş etdirirdi.

Sonrakı illərdə ölkədə nəşr edilən kütləvi informasiya vasitələrinin üzləşdikləri problemlərin öyrənilməsi məqsədilə qəzet rəhbərləri ilə ümummilli lider arasında görüşün keçirilməsi, həmin problemlərin ümumiləşdirilərək onların həlli istiqamətində müvafiq addımların atılması, qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə onlar üçün stimullaşdırıcı qərarların verilməsi və həmin dövrdə qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının dondurulması məhz media, mətbuata dövlət tərəfindən göstərilən diqqət və qayğının əyani göstəricisi idi. Bütün bunlar həm də fikir, söz, məlumat və ifadə azadlığının daha da möhkəmləndirilməsinə xidmət edən amillərdən idi.

Günümüzdə Azərbaycanda yüzlərlə kütləvi informasiya vasitəsi, yazılı və elektron media, televiziya kanalları fəaliyyət göstərməkdədir. Bu da təbii ki, öz-özlüyündə Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığının təmin olunduğunun əyani sübutdur. Burada bir məqamı xüsusilə qeyd etmək lazımdır ki, ölkədə fikir, söz, məlumat və ifadə azadlığının təmin olunmasında dövlət, əsas etibarilə də dövlət başçısı maraqlıdır.

Ulu öndər Heydər Əliyev siyasi kursunu inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev söz və mətbuat azadlıqlarının inkişafını respublikanın demokratikləşməsi prosesinin vacib amili kimi dəyərləndirir. Dövlət başçısı İlham Əliyev milli mətbuatın qabaqcıl dövlətlərin mütərəqqi ənənələrinə əsaslanmaqla, eyni zamanda, xalqın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etdirir. Dövlət başçısı tərəfindən mətbuata davamlı olaraq qayğı və diqqət göstərilir. Azərbaycan özünün Konstitusiya prinsiplərinə sadiq qalaraq söz və məlumat azadlığının təmin edilməsi sahəsində müəyyən etdiyi siyasi xətti ardıcıl şəkildə davam etdirir. azadlıqların təmini və plüralizmin inkişafı Prezident İlham Əliyevin daim diqqətindədir və Prezidentin bu sahəyə xüsusi qayğısı göz qarşısındadır. Məhz Prezident İlham Əliyev tərəfindən mətbuata xüsusi diqqət və qayğının nəticəsidir ki, 2010-cu ildə Prezident İlham Əliyev  "Jurnalistlərin dostu" seçilib. Eyni zamanda 2009-cu ilin aprel ayının 3-də Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİV DDF) yaradılması haqqında Fərmanı da KİV sahəsinə dövlət qayğısının təzahürüdür. Məhz KİV DDF-nin yaradılması və mətbuata dövlət qayğısı Azərbaycanda mətbuat sahəsində irəli doğru atılmış bir addımdır. Qətiyyətlə demək olar ki, demokratiyanın əsas göstəricilərindən biri fikir, söz və məlumat azadlığıdır ki, bu prinsiplər də ölkəmizdə yüksək səviyyədə təmin edilir. Sevindirici hal ondan ibarətdir ki, qeyd edilən prinsiplərin, fikir, söz və məlumat azadlığının təmin olunmasının əsas qarantı Azərbaycanda hakimiyyət, dövlətdir. Xüsusilə, Azərbaycanın dövlət başçısı, prezident İlham Əliyev ölkədə fikir və söz, məlumat azadlığı, plüralizmin təmin olunması, bu prinsiplərə yüksək səviyyədə əməl edilməsi istiqamətində qətiyyətli və ardıcıl, məqsədyönlü addımlar atır. Məhz bunun nəticəsidir ki, Azərbaycan nəinki bölgədə, eləcə də dünyada fikir və söz, məlumat azadlığı sahəsində ön sıralarda durur.

Göründüyü kimi Azərbaycan demokratik, müstəqil bir ölkə olaraq bütün fundamental prinsiplərə, demokratik, azad ölkələrə xas normala tam şəkildə əməl edir, onların daha da inkişaf etdirilməsi istiqamətində sistemli və davamlı şəkildə addımlar atır.

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31