Azərbaycan xalqı Sizin bütün qərarlarınızla həmrəydir- GƏNCLƏR PREZİDENTƏ YAZIRLAR

"Möhtərəm cənab Prezident
Mən bir Azərbaycan vətəndaşı və gənc nəslin nümayəndəsi kimi bu məktubu Sizə böyük qürur hissi ilə yazıram. Sizin fəaliyyətinizi bütün Azərbaycan xalqı yüksək qiymətləndirir.
Hələ koronavirus infeksiyasının dünyanı bürümədiyi vaxtdan ölkəmizdə Sizin tərəfinizdən çox ciddi, davamlı və təsirli tədbirlər həyata keçirildi. Azərbaycan dövlətinin atdığı addımlar dünyanın bir çox inkişaf etmiş ölkələri üçün nümunə oldu. Ölkəmizdə koronavirus pandemiyasına qarşı səmərəli tədbirlər görülərək qısa müddət ərzində maska istehsal edən müəssisə yaradıldı, "Yeni klinika" tibb müəssisəsi istifadəyə verildi, karantinə alınan insanlar ölkəmizin ən rahat və müasir otellərində yerləşdirildi.
Azərbaycan xalqı Sizin bütün qərarlarınızla həmrəydir. Hamımız inanırıq ki, bu qərarlar bizi bu bəladan minimum zərərlə qurtaracaq. Sizə təşəkkür edirik, cənab Prezident!
Hörmətlə,
Qurbanova Xəyalə Rasim qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31