"Biz birlikdə güclüyük!" çağırışınız insanları bir araya gətirdi"- PİRALLAHI AĞSAQQALLAR ŞURASI
20 Aprel 2020 11:39 Sosial"Möhtərəm cənab Prezident.
Xalqımızın bütün dünyanı bürümüş koronavirus infeksiyasından qorunması məqsədilə qəbul etdiyiniz qərarlar və həyata keçirdiyiniz məqsədyönlü tədbirlər ölkəmizin hər yerində olduğu kimi, Pirallahı rayonunda da sakinlər tərəfindən, o cümlədən yaşlı nəslin nümayəndələri tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Sizin bununla əlaqədar xalqa müraciətinizdə etdiyiniz "Biz birlikdə güclüyük!" çağırışınız bütün kateqoriyadan olan insanları bir araya gətirdi. Vətənini, millətini sevən hər bir azərbaycanlı Sizi örnək götürərək, bu çətin məqamda maddi və mənəvi dəstəyə ehtiyacı olan ailələrə yardım edir. Yaşı 65-dən yuxarı tənha insanlara sosial xidmətlərin göstərilməsi ilə bağlı müvafiq tapşırıqlarınız bizim heç də tənha olmadığımızı, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunduğumuzu nümayiş etdirdi.
Bu qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Ulu Tanrıdan Sizə və ailənizə möhkəm cansağlığı, Azərbaycanımızın xoşbəxt gələcəyi və inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Məhəmmədov Fazil Camo oğlu, Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri.
Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.