Milli qəhrəman anası Prezidentə nə yazıb...
20 Aprel 2020 10:34 Sosial"Hörmətli cənab Prezident.
Dünyanı cənginə alan bəladan Azərbaycanımızı qoruduğunuza, hər bir vətəndaşın probleminə həssas yanaşdığınıza, aztəminatlı və imtiyazlı ailələrə diqqət və qayğınıza görə Sizə dərin minnətdarlığımı bildirməyi özümə borc hesab edirəm.
Mən milli qəhrəman anası olaraq Sizin ölkəmizin tərəqqisi naminə nümayiş etdirdiyiniz fədakarlığınıza heyranam. Xalqımız Sizə və Sizinlə birlikdə ölkəmizin taleyini çiyinləri üzərin götürmüş Mehriban xanıma həmişə minnətdar olacaqdır. Nə yaxşı ki, Siz varsınız. Uca tanrı Sizi qorusun.
Hörmətlə,
Ocaqverdiyeva Gülzar Kərim qızı.
Azərbaycan Respublikası, Goranboy rayonu, Tatarlı kəndi."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31