“Region gəncləri: yeni reallıqlar və imkanlar” adlı onlayn müşavirə keçirilib

Aprel ayının 19-da Gənclərin İnkişaf və Karyera Mərkəzi region nümayəndəliklərinin rəhbərləri ilə "Region gəncləri: yeni reallıqlar və imkanlar" adlı onlayn müşavirə keçirib.

Olaylar.az xəbər verir ki, ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən zəruri sosial izolyasiya tədbirləri şəraitində region gənclərinin təhsil, özünüinkişaf və ünsiyyət baxımından qarşılaşdıqları müvəqqəti çətinliklərin alternativ yollarla aradan qaldırılması, bu baxımdan vaxtdan və müasir informasiya texnologiyalarından səmərəli istifadə və bununla əlaqədar GİKM nümayəndəliklərinin görə biləcəyi işlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

Müşavirədə region nümayəndəliklərinin rəhbərləri ilə məhz bu dönəmdə görülən işlər, yaranan çətinliklər və mövcud vəziyyət müzakirəsi edilməklə yanaşı gənclərin maraq dairələrinin və ehtiyaclarının regionlar üzrə müəyyənləşdirilməsi və dəyərləndirilməsi ətrafında fikir mübadiləsi aparılmışdır.

Müşavirədə toxunulan əsas məsələlərdən biri də post-karantin dövrünə hazırlıq, gələcəkdə icra ediləcək layihələr, həyata keçiriləcək tədbirlər, seminarlar və təlimlər olmuşdur. Belə ki, gənclər dövlət başçısının rəhbərliyi ilə koronovirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən görülən tədbirləri dəstəklədiklərini, bu tədbirlər nəticəsində ölkəmizin tezliklə karantin dövrünü arxada qoyacağına əmin olduqlarını və bu vəziyyətə artıq indidən hazır olmağın vacibliyini vurğulamışlar.

Sonda müəyyən olunmuş fəaliyyət istiqamətləri üzrə konkret təkliflərin hazırlanması razılaşdırılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31