Dövlətin və xaqlın birliyində bu ağır pandemiyadan ölkəmiz ən az itki və şərəflə çıxacaq

Azərbaycan dövlətinin koronavirus pandemiyasına qarşı həyata keçirdiyi tədbirlər, atdığı qabaqlayıcı addımlar pandemiyanın ölkə ərazisində daha geniş şəkildə yayılmasının qarşısını alır. Həyata keçirilən tədbirlərin gedişi, onun effektiv nəticələri təkcə ölkə daxilində deyil, eləcə də ondan kənarda izlənilir, müşahidə olunur, təhlil edilir. Sevindirici hal ondan ibarətdir ki, ölkədən kənarda da birmənalı olaraq dövlətin, şəxsən dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən antipandemiya tədbirləri təqdir olunur, alqışlanır. İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay da hesab edir ki, Azərbaycanda koronavirus əleyhinə tədbirlər effektiv şəkildə həyata keçirilir. Onun sözlərinə görə, məhz həyata keçirilən qabaqlayıcı tədbirlər və görülən işlərin nəticəsidir ki, hər ötən gün Azərbaycanda virusa yoluxanların sayında azalma müşahidə edilir: "Uzaqda da olsaq ürəyimiz və fikrimiz vətənimiz Azərbaycandadır. Dünyanı, Avropanı silkələyən, milyonlarca insanı yoluxdurub yüz minləri həlak edən, ən inkişaflı ölkələrin həyatını, səhiyyəsi və iqtisadiyyatını iflic edən, koronavirus fəlakəti ilə bizim ölkədə xilas, gedişat və proqnoz necədir? Bir müddət əvvəl bir gündə yoluxma 125 nəfərə çatdıqdan sonra, narahatlıq vardı ki, bu artım da davam edə bilər. Ancaq şükür ki, əksinə oldu və bu eniş neçə gündür davam edir. Ümid və arzu edək ki, bu xətt, tendensiya davam edəcək. Pisliyə tərəf dəyişsə belə, qısa müddətli, azacıq mənfiyə doğru və böyük fəsadsız olar. Yəni, çox ölkələrdə irimiqyaslı olduğu kimi, ola bilməz. Müqayisə üçün, bir fərqli nümunə. Avropada inkişaflı, illik büdcəsi 530 milyard dollar və əhalisinin sayı da təxmini Azərbaycanla eyni, yüksək səhiyyə səviyyəli Belçikada koronavirus problemini Azərbaycanla müqayisədə  gotursək, aydın şəkildə görərik ki, ümumi yoluxma indiyədək Azərbaycanda 1398, Belçikada isə 38496 nəfər olub. Yaxud ölənlərin sayı, indiyədək Azərbaycanda 19, Belçikada isə 5600 nəfərdir. Yəni bu, koronavirus böhranından bəri, dünyanı qətl edən pandemiya, Azərbaycanda az itkilidir". İlqar Altay bildirib ki, bu günkü uğurlu gedişatın da (inşallah davamlı olar) əsası və yeganə səbəbi Azərbaycandır: "Bu arada dövlətin doğru və qəti qərarları və qərarları icra edən hökumətin çalışqanlığı, müdrik xalqın təmkini və intizamlılığı, həkimləri və səhiyyəsinin fədakarlığı, belə çətin anda, xeyirxah insanların yardımçılığı və hər çətin andakı ümumi Azərbaycan həmrəyliyi qürur yaradır, insanı fərəhləndirir. İnanıram kı, dövlətin və xaqlın birliyində bu ağır pandemiya, həmçinin iqtisadi böhrandan bizim ölkə ən az itki və şərəflə çıxacaq. Və bir şeyi də öz müşahidə və analizimə görə, xalqımızı əmin edim ki, koronavirus sonrası yeni dövrdə, bizim ölkədə kəskin və müsbət dəyişikliklər olmalıdır. Hər şeyin xalqın yaşamı, rifahı və inkişafına və xalqın dövlətinin möhkəmliyinə yönəlməsi üzrə. Və bütün bu dəyişikliklər neft amili resursunun kənarda qoyulub, insan amili resursu üzərində, xalqın, əhalinin, həm kiçik və orta sahibkarların sərbəst olaraq çalışıb qurub-yaradıb öz ailəsini, həm də vergisini ödəyib, dövlətini də saxlamaq prinsipinə yönəlməlidir. Bizim xalq, çox işlək və zəhmətkeş   xalqdır. Ona sadəcə imkan və stumul verilməlidir. Bunun üçün də, rüşvətlə, korrupsiya, özbaşınalıqla xalqa mane olan bəzi məmurlar zərərsizləşdirilməlidir. Bu, mütləqdir".

xxx

Beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyevanın da qənaətincə, Azərbaycan dünyanın çox az ölkələrindəndir ki,  koronavirusla sistemli mübarizəyə hələ yanvar ayından başladı. Onun sözlərinə görə, yanvar və fevral aylarında pandemiyanın tüğyan etdiyi ölkələrlə nəqliyyat əlaqələri dayandırıldı: "Mart ayının əvvəlindən isə sosial xarakterli önləyici tədbirlər görüldü, məktəblər bağlandı, Azərbaycan vətəndaşlarının pandemiyanın geniş yayıldığı ölkələrə səfərləri dayandırıldı. Öncə tətbiq olunan xüsusi rejim, ardınca isə xüsusi karantin rejimi virusun ölkəmizdə  geniş areala yayılmasının qarşısı aldı, ölüm hallarının az olmasına səbəb oldu". Ekspert deyib ki,  Azərbaycan dövlətinin və dövlət başçısının əhalinin pandemiyadan müdafiəsi üçün  həyata keçirdiyi çox pilləli fəaliyyət Azərbaycan vətəndaşının dövlət başçısına,  hökümətə  etimadını artırdı: " Cəmiyyətlərdə ictimai rəyin , fərdlərin hər hansı bir məsələyə münasibətini təkcə sosialoji araşdırmalarla deyil, həm də onların  davranışından   müəyyən etmək mümkündür. Koronavirus pandemiyasının yayılmasının ilk günlərində  bütün dünyada törətdiyi fəsadlar haqqında məlumatların təsiri  Azərbaycan vətəndaşlarından da yan keçmədi. Əhalinin artan narahatlığının testeri kimi social media üzərindən total qorxu və həyəcan müşahidə olunurdu. Lakin  Azərbaycan Prezidenti İlham Əliyevin  Azərbaycan xalqına etdiyi müraciətlər və əhalinin müdaifiə tədbirləri iş yerlərinin qapadılmasına görə məruz qalacağı iqtisadi itkilərin narahatlığını yaşayan, adət etdiyi gündəlik sosial həyatı təcridlə limitlənən, KİV və  sosial media üzərindən müxtəlif ölkələrdə virusun dəhşətli fəasadları haqqında təbliğatlarla  qorxudulan Azərbaycan vətəndaşını diğər, hətta inkşaf etmiş ölkələrdə belə olduğu kimi  panikaya düşməsinə imkan vermədi. Hər nə qədər  təhlükəli proses olsa belə  hər şeyin  dövlətin və dövlət rəhbərinin nəzarəti altında olmasından qaynaqlanan əminliyi siravi Azərbaycan vətəndaşlarının narahatlığını itirdi və deməli gələcəyə güvənini artırdı".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31