Dövlət hər bir vətəndaşının yanındadır- EKSKLÜZİV

Ceyhun Məmmədov: "İnsanlarımız müəyyənləşdirilən norma və qaydalara əməl etməlidirlər ki, qarşıya qoyulan məqsəd və hədəflərə tezliklə çataq"

Azərbaycan dövlətinin koronavirus pandemiyasına qarşı apardığı mübarizə, həyata keçirdiyi tədbirlər öz müsbət nəticələrini verməkdədir. Həm əhalinin sağlamlığının qorunması, həm də pandemiya dövründə müxtəlif sahələrdə çalışan vətəndaşlarımıza dəyən zərərin qarşılanması istiqamətində görülən tədbirləri bu sıraya aid etmək olar. Sevindirici hal ondan ibarətdir ki, dövlətin həm antipandemiya, həm də vətəndaşlara dəymiş zərərin qarşılanması istiqamətində atdığı addımlar müsbət tendensiyaya doğru irəliləyir. Aprelin 17-də Prezident İlham Əliyevin  baş nazirin müavini və iqtisadiyyat naziri ilə keçirdiyi videomüşavirədə səsləndirdiyi fikirlər də deyilənləri təsdiqləyir. Elə Milli Məclisin deputatı Ceyhun Məmmədov da bu qənaətdədir. Millət vəkili "OLAYLAR"-a verdiyi müsahibədə bu və ya digər məsələlərə toxunub. Ceyhun Məmmədov mövcud vəziyyətdə vətəndaşların da bir sıra vacib məqamlara diqqət etməli olduğunu vurğulayıb.

-Ceyhun müəllim, Azərbaycan dövlətinin koronavirus pandemiyasına qarşı apardığı mübarizəni necə  dəyərləndirərdiniz? Ölkəmizdə həm xəstə sayı, həm də itgilərin sayının az olması bu mübarizənin kifayət qədər səmərəli olduğunu deməyə əsas verirmi?

-Azərbaycan ilk gündən virusla mübarizə istiqamətində operativ privintiv qərarlar qəbul etdi. Prezident İlham Əliyev virusla səmərəli mübarizənin həyata keçirilməsi məqsədilə bir sıra mühüm sərəncamlar imzaladı. Məhz bu səbəbdən virusa tutulanların sayı ölkəmizdə az oldu. Vaxtında bu tədbirlər görülməsə çox ciddi problemlər yaşaya bilərdik. Bu mənzərəni bir sıra ölkələrin acı təcrübəsində gördük. Bu gün bir sıra ölkələr Azərbaycanın qısa müddətdə qazandığı təcrübədən uğurla bəhrələnirlər.

-Pandemiyadan zərər çəkən vətəndaşlarımız, iş adamlarına dəyən ziyanın qarşılanması məqsədilə hazırlanan proqram və yardımların ayrılması insanlarımızın sosial durumuna nə dərəcədə müsbət təsir göstərir?

-Bildiyiniz kimi, pandemiyanın dünya iqtisadiyyatına, eləcə də ölkəmizin iqtisadiyyatına çox ciddi təsirləri oldu. Bir sıra müəssisələrin fəaliyyəti dayandı. Dövlət  iş adamlarına və işsiz insanlara dəyən ziyanın aradan qalıdırılması üçün ardıcıl və məqsədyönlü tədbirlərə başladı. Artıq 120 mindən artıq insan dövlətin bu imkanından yararlanıb.  23 milyona yaxın vəsasit ödənilib, proses hələ davam edir. 

-Bu günlərdə dövlət başçısının baş nazirin müavini və iqtisadiyyat naziri ilə keçirdiyi videokonfransda çıxışı zamanı söylədiyi fikirlərdən aydın oldu ki, pandemiayadan zərər görən işsiz vətəndaşlara verilən 190 manat yardım növbəti mərhələdə 600 min insana şamil ediləcək. Bu dövlət başçısının insanların sosial durumunun yaxşılaşdırılmasına nə dərəcədə önəm verdiyini bir daha təsdiq etmirmi?

-Birmənalı olaraq belədir. Bu onu göstərir ki, Cənab Prezident bu prosesdən əziyyət çəkən insanlara dəstək məqsədilə gərəkən bütün addımları atır və atacaq. Dövlət hər bir vətəndaşının yanındadır. Onun qayğısı hər kəsi əhatə edir. Pandemiayadan zərər görən işsiz vətəndaşlara verilən 190 manat yardımın növbəti mərhələdə 600 min insana şamil ediləcəyi barədə Cənab Prezidentin tapşırığı onun ölkə vətəndaşlarının sosial durumunun yaxşılaşdırılmasına verdiyi önəm və dəyərin göstəricisidir.

-Azərbaycan hər bir situasiyada olduğu kimi pandemiya ilə mübarizədə də analoqu olmayan mövqe ortaya qoydu. Heydər Əliyev Mərkəzində hər gün pandemiyadan ciddi zərər çəkən bir ölkənin bayrağı nümayiş olundu. Sizcə, bu bir Azərbaycan nümunəsi deyildimi. Təsadüfi deyil ki, məhz bundan sonra Türkiyə, Gürcüstan da anoloji addımlar atdı.

-Bu məsələdə də Azərbaycan bir nümunə oldu, ilkə imza atdı. Azərbaycan pandemiyadan əziyyət çəkən ölkələrlə həmrəylik nümayiş etdirdi.  Azərbaycanın bu addımını görən digər ölkələr də bu istiqamətdə addımlar atdılar, Azərbaycanı dəstəklədilər, həmrəylik nümayiş etdirdilər.  Onu da qeyd edək ki, Bu dövrdə Heydər Əliyev Fondu da bir sıra maraqlı layihə və təşəbbüslərlə çıxış etdilər. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa bir neçə müraciəti oldu. Fondun könülləri bir sıra layihələrdə aktiv iştirak etdilər, xalqımızın yanında oldular.

-Sizcə, karantin qaydalarının uzadılmasına zərurət vardımı və bu tendensiya təhlükənin tamamilə aradan qaldırılmasına imkan verəcəkmi?

-Bildiyiniz kimi, bir sıra dövlətlər karantin rejimini uzatdılar. Cənab Prezident sonuncu videkonfransda da bu məsələyə toxundu. Mövcud vəziyyət təhlil olundu və real vəziyyətdən asılı olaraq karantin müddəti uzadıldı. Burada əsas məqsəd Azərbaycan vətəndaşının sağlamlığını qorumaqdır. Burada iki tərəf var. Dövlət öz üzərinə düşəni edir. Vətəndaşlarımız da daha məsuliyyətli olmalıdır. O zaman daha yüksək nəticə əldə edə bilər və virusla səmərəli mübarizə apara bilərik. 

-Bəs, postpandemiya dövrünü necə dəyərləndirərdiniz və Azərbaycan postpandemiya dövrünə hazırdırmı?

-Hesab edirəm ki, Azərbaycan postpandemiya dövrünə hazırdır. Hazırda atılan adımların bir qismi postpandemiya dövrünə hesablanıb. Çünki ölkə rəhbərliyi bu prosesdən az zərərlə çıxmaq üçün gərəkən bütün addımları atır. Həm biznes strukturlarına, həm də əhaliyə edilən yardımın məqsədlərindən biri də budur. Bir müddətdən sonra həyat öz axarına düşəcək. İnsanlarımız müəyyənləşdirilən norma və qaydalara əməl etməlidirlər ki, qarşıya qoyulan məqsəd və hədəflərə tezliklə çataq. Bir də hazırkı dövrdə birlik və həmrəyliyimiz qorumalıyıq. Xalqımız bir çoxbəlalardan üzüağ çıxıb, əminəm ki, bundan da çıxacaq. 

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31