Rəqqasə Fatimə xəstəxanaya yerləşdirildi
19 Aprel 2020 07:15 SosialRəqqasə Fatimə Fətəliyeva xəstəxanaya yerləşdirilib.
Sənətçinin qəfildən halı pisləşib. Hazırda Fatimə həkim nəzarətində müalicə alır.
Fatimə xəstəxanadan fotosunu "Instagram" hesabının "Hekayə" bölümündə paylaşıb.
F.Fətəliyeva təcili tibbi müdaxilədən sonra səhhətinin yaxşı olduğu bildirib:
"Davamlı olaraq imkansızlara yardımlar etdim. Çox yoruldum və gücdən düşdüm. Əsəblərim də gərgin idi. Sistem vurdurdum. İndi vəziyyətim yaxşıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31