Fikir, söz, məlumat azadlığı və plüralizmin təmin edildiyi ölkə
18 Aprel 2020 17:09 SosialGünümüzdə Azərbaycan dünyanın bir parçası, sivil cəmiyyətin üzvü olaraq bütün demokratik prinsiplərə, dəyərlərə ən yüksək səviyyədə əməl edir. Həmin dəyərləri, prinsipləri, gündəlik həyatında tətbiq edir. Sual oluna bilər ki, demokratik dəyərlər, prinsiplər dedikdə nələr nəzərdə tutulur?
Demokratik dəyərlər, prinsiplər sırasında ilk növbədə fikir, söz, ifadə və məlumat azadlığı yer alır. Birmənalı olaraq qeyd edə bilərik ki, Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığı prinsipi ən yüksək səviyyədə təmin olunur, qorunur. Və bunun dərin, hətta tarixi kökləri var desək yanılmarıq. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti zamanından üzü bəri, mərhələli şəkildə özünü göstərən, təmin edilən fikir, söz, məlumat və ifadə azadlığı prinsipi günümüzdə ən yüksək səviyyədədir. Bunu əsaslandıran, təsdiq edən faktlar isə kifayət qədərdir. İlk növbədə ölkədə azad söz demək, fikir ifadə etmək şəraiti mövcuddur. Bunun üçün dövlət lazım olan şəraiti, imkanı yaradıb. Ölkədə yüzlərlə kütləvi informasiya vasitəsinin nəşri, işıü üzü görməsi üçün lazımı şərait mövcuddur, hər bir media qurumu sərbəst, azad şəkildə öz fikrini ifadə edə bilir. Həmçinin cəmiyyəti narahat edən bu və ya digər problemi işıqlandıra, ictimailəşdirə bilirlər. Ölkəmizdə fikir, söz, məlumat və ifadə azadlığının bu günkü mərhələyə, səviyyəyə gəlib çatmasında isə heç şübhəsiz ki, ümummiilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir.
ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıtması yuxarıda qeyd etdiyimiz bütün probmelərin həllinə yol açdı. Çünki Heydər Əliyev hansı addımı nə zaman, hansı situasiyada atmağı dəqiq bilirdi. Ona görə də təsadüfi olaraq deyilmir ki. Azərbaycanda fikir, söz və məlumat azadlığı, plüralizmin inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Qısa zaman ərzində Heydər Əliyev tərəfindən insanların öz fikir və yanaşmalarını azad şəkildə ortaya qoyması, onu cəmiyyətə çatdırması üçün müvafiq addımlar atıldı. Heç şübhəsiz ki, bu addımlar birbaşa ümummilli lider Heydər Əliyevin adı ilə bağlı idi. Ümummilli liderin 1998-ci ildə ölkədə senzuranın ləğvi ilə bağlı atmış olduğu addım o dövr üçün bir inqilabi yenilik idi. Çünki Azərbaycanla paralel olaraq etni zaman ərzində müstəqillik əldə edən digər ittifaq ölkərində senzura hələ də qalırdı. Müstəqil respublika kimi bu istiqamətdə ilk addım atan ölkə məhz Azərbaycan Respublikası oldu və bununla ölkədə fikir, söz, ifadə və məlumat azadlığına nə qədər önəm verdiyini əyani şəkildə təsdiqlədi. Məhz bundan sonrakı illərdə keçmiş ittifaq ölkələri də Azərbaycanın bu təcrübəsindən yararlanmağa başladı. Ümummilli liderin məlum addımı eyni zamanda bir hüquqi baza rolunu oynamış oldu. Sonrakı illərdə Heydər Əliyevin qeyd edilən istiqamətlərdə atmış olduğu addımlar ölkə mediası üçün sözün həqiqi mənasında inqilabi dəyişikliklərə səbəb oldu. Artıq Azərbaycan mediası, kütləvi informasiya vasitələri azad, müstəqil şəkildə fəliyyət göstərirdi. Tədricən media, kütləvi informasiya vasitələri üçün yaradılan şərait, imkanlar yeni-yeni müstəqil media qurumlarının yaradılmasına, təsis edilməsinə yol açırdı ki, bu da ölkədə müstəqil medianın formalaşmasına öz müsbət təsirini göstərirdi. Bir sözlə müstəqil mətbu orqanlarının yaradılması Azərbaycanda fikir, söz. ifadə və məlumat azadlığının təminatından xəbər verirdi.
Müstəqillik illərindən əvvəl də Azərbaycanda müəyyən mənada fikir, söz azadlığının təmin edildiyinə rast gəlmək olurdu və bu müsbət hal əsasən ümummilli lider Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışdığı dövrlərə təsadüf edirdi. Keçmiş sovet rəhbərləri içərisində media, kütləvi informasiya vasitələrinə ən açıq olan rəhbər kimi tanınan Heydər Əliyev bəzən mühüm dövlət tədbirlərinin çox hissəsini o zaman mətbuatda qaldırılan problemlərə və onların həlli yollarına həsr edirdi. Düzdür, Heydər Əliyevin bu davranışı o vaxt mərkəzi hakimiyyəti heç də qane etməsə də, lakin xaraktercə prinsipial və iradəli olan Heydər Əliyev öz ənənəsinə sadiq qalaraq media, mətbuatla daha sıx işləməyi davam etdirirdi. Təsadüfi deyil ki, o zaman digər SSRİ respublikalarının rəhbərlərinə çıxış tapa bilməyən müttəfiq ölkələrin jurnalistləri də asanlıqla Heydər Əliyevlə əlaqə qura, onunla müsahibə ala bilirdilər ki, bu da ümummilli liderin həm mətbuata göstərdiyi diqqət və qayğının göstəricisi, həm də fikir, söz azadlığına verdiyi dəyərin bariz nümunəsi idi.
Qeyd etdiyimiz kimi müstəqillik illərindən sonra Azərbaycanda fikir, söz azadlığı, plüralizmin təmin olunması istiqamətində daha effektli və ardıcıl addımlar atılmağa başlanıldı. Xüsusilə, bu istiqamətdə müsbət hərəkətlilik ümumilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra başladı.
Heydər Əliyevin 18 dekabr 2001-ci il tarixdə aparıcı KİV rəhbərləri ilə tarixi görüşü də Azərbaycan mediasının o dövrün tələblərinə uyğun şəkildə inkişaf etməsi üçün təkan verdi. Məhz həmin tarixi görüşdən sonra Heydər Əliyev mətbuata güzəştli kreditlərin verilməsi, onların maddi-texniki bazasının daha da gücləndirilməsi, çoxlu sayda qəzetin "Azərbaycan" Nəşriyyatına olan borcunun dondurulmasına qərar verdi. Həmin dövrdə çap mediasının bütün dövlət vergilərindən azad edilməsi, qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının dondurulması da əslində ölkədə fikir, söz azadlığının, plüralizmin təmin olunmasına verilən dəyərli töhfələrdən idi. Xüsusilə onu qeyd etmək lazımdır ki, Heydər Əliyevin bu humanizmliyindən, mətbuata qayğısından həmin vaxt ümummilli lideri ən qatı şəkildə, özü də əsassız olaraq tənqid edən, hətta təhqirə belə yol verən müxalifət media qurumları da geninə-boluna yararlana bilirdi ki, bu da plüralizmin təkcə sözdə deyul, elə əməldə də təsdiqi idi. Məhz bütün bunların göstəricisi idi ki, 2001 və 2002-ci illərdə Heydər Əliyev "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən "Jurnalistlərin dostu" mükafatına layiq görüldü.
Sevindirici haldır ki, fikir, söz və məlumat azadlığı, plüralizmin təmin olunması istiqamətində ümummilli lider Heydər Əliyevin atdığı addımlar günümüzdə də Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2003-cü ildən ölkənin bir nömrəli postuna seçilən Cənab İlham Əliyev fikir və söz, məlumat azadlığı, plüralizmin təmin olunması, bu prinsiplərə yüksək səviyyədə əməl edilməsi istiqamətində qətiyyətli və ardıcıl, məqsədyönlü addımlar atır. 2005-ci ildə "Əməkdar jurnalist" adının bərpa olunması, "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", Milli Mətbuatın yubileyləriinin qeyd edilməsi haqqında sərəncamlar bu qəbildəndir. Azərbaycan Prezidentinin ölkə mediasının inkişafı, fikir, söz və məlumat azadlığı, plüralizmin təmin olunması istiqamətində atmış olduğu addımlar bunlarla kifayətlənmirdi. Dövlət başçısının qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının tamamilə ləğv edilməsi istiqamətində atdığı addım, 2008-ci ildə "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamın imzalanması, bir il sonra, 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, həmçinin mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna vəsaitlərin ayrılması Cənab İlham Əliyevin bu sahədə atmış olduğu ən mütərəqqi addımlardır. Məlumat üçün qeyd edək ki, məhz sonuncu sərəncamlar əsasında artıq media təmsilçiləri üçün iki hündürmərtəbəli yaşayış binası tikilərək tam təmirli şəkildə və pulsuz olaraq KİV nümayəndələrinin ixtiyarına verilib. Hazırda isə növbəti, üçüncü binanın da tikintisi həyata keçirilir. Məhz azad media, fikir, söz, ifadə azadlığı, plüralizmin təmin olunması istiqamətində atmış olduğu mütərəqqi addımlardan dolayı Cənab İlham Əliyev də bi neçə dəfə "Jurnalistlərin dostu" mükafatına layiq görülüb.
Fikir, söz, məlumat və ifadə azadlığı prinsipi ilə yanaşı, Azərbaycanda digər demokratik prinsip və dəyərlərə də hörmət edilir, qorunur. Demokratik dəyərlər, prinsiplər sırasında plüralizm də mühüm yer tutur və xüsusilə siyasi plüralizm günümüzdə Azərbaycanda ən yüksək səviyyədədir. Xüsusilə son aylarda bu istiqamətdə müsbət tendensiyanın şahidinə çevrilirik. Ölkədə fəaliyyət göstərən əksər siyasi partiyalarla son vaxtlar hakimiyyət arasında qurulan normal əməkdaşlıq bunun əyani sübutudur.
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.