Qənirə Paşayeva: 600 min nəfərə yardım edilməsi Prezidentin böyük humanistliyidir

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva dünən ARB TV-yə müsahibə verib, pandemiyadan ən çox zərər çəkən insanlara, günəmuzd və işəmuzd işləyən insanlara verilən 190 manatlıq vəsait barədə danışıb.

Deputat cənab Prezidentimiz İlham Əliyevin əhaliyə yardım olunması üçün ilkin olaraq nəzərdə tutulan sayın 200 min nəfərdən 600 min nəfərə qaldırılması, aztəminatlı ailələrə dəstəyin artırılması ilə bağlı verdiyi tapşırıqların vacibliyindən və böyük əhəmiyyətindən danışıb. Qeyd edib ki, yardım alanların sayının 3 dəfə artırılması Prezidentin xalqın səsinə səs verdiyinin humanistliyinin və qayısının göstəricisidir. Qənirə Paşayeva əhaliyə olunan yardımların artması xəbərinin vətəndaşlarımızın məmnunluğuna səbəb olduğunu xüsusi vurğulayıb, cənab Prezidentə öz adından və insanlarımız adından təşəkkürünü bildirib.

Q.Paşayeva, eyni zamanda, imkanları yaxşı olan insanlara çağırış edərək onları çətin vəziyyətə düşən ailələrimizə dəstəklə bağlı daha da fəal olmağa səsləyib. Pandemiya başlayan zamandan bu günə qədər hansı rayonumuza dəstək olmasından asılı olmayaraq pandemiya səbəbindən çətin vəziyyətə düşən insanlarımıza dəstək olaraq dövlətimizin yanında olan bütün insanlara təşəkkür edən deputat bildirib ki, cənab Prezidentimizin də vurğuladığı kimi  #Bizbirlikdəgüclüyük!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31