“Operativ Qərargah qabaqlayıcı tədbirlərin görülməsində mühüm rol oynayır” Şərh – Özəl
17 Aprel 2020 21:25 Sosial"Dünyanın hər yerində koronavirus epidemiyasına qarşı qəti tədbirlər görülür. Azərbaycanda bu istiqamətdə atılan addımları, operativlik, səmərəlilik baxımından bir nümunə kimi qeyd etmək olar. COVİD -19 yeni yayılmağa başlayanda cənab prezident İlham Əliyev uzaqgörən siyasət yeridərək qəti addımlar atdı. Ciddi karantin rejiminə keçid və ölkə başçısının tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı ciddi tədbirlər görüldü. Məhz bu fəaliyyətin nəticəsidir ki bu gün Azərbaycanda koronavirusla bağlı vəziyyət digər ölkələrlə müqayisədə çox yaxşıdır. Son günlər ərzində isə stabillişmə hiss olunur. Bunu statistik rəqəmlə də göstərir. Yoluxma sayı müxtəlif ölkələrdə fərqlidir. Testlərin keçiriliməsinə görə isə Azərbaycan lider ölkələr siyahısındadır. Buna baxmayaraq koronavirus testlərinin müsbət nəticələri bir çox ölkələrə nisbətən azlıq təşkil edir. Ölkəmiz karantin müddətində görülən tədbirlərə görə, qonşu dövlətlərə nümunə kimi effektiv addımlar atır".
Bu fikirləri Olaylar.az-a "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyinin sədri Əhməd Abbasbəyli deyib.
O bildirib ki, İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə də göstərdi ki, dövlət siyasətinin ana xətti: İnsan amili, vətəndaş rifahıdır: "Karantin dövründə görülən ən əhəmiyyətli addımlardan biri də Prezident İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalaması oldu. Sərəncam dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq imzalanıb".
Ə. Abbasbəyli qeyd edib ki, hər bir məmur Azərbaycanda COVİD - 19 pandemiyası ilə mübarizədə cənab prezidentin tapşırıqlarını dəqiq və operativ yerinə yetirməlidir: Karantin dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaranması özəlliklə atılan ən ciddi addımlardan biri idi. Bu KİV-lərin məlumatlandırılması və əhalinin maarifləndirilməsi baxımından olduqca əhəmiyyətli rol oynayır.
Sədr son olaraq vurğulayıb ki, belə bir çətin vaxtda cənab prezidentin məsələlərə həssas yanaşması olmasa idi ölkədə virusun verdiyi mənfi nəticələr dən daha çox problemlər yarana bilərdi. Azərbaycan Prezidentinin atdığı bütün addımları dəstəkləyir və öz üzərimizə düşəni layiqincə yerinə yetirib dövlətimizə və dövlət siyasətinə dəstək oluruq.