Paytaxt məktəblisindən yaradıcı təşəbbüs
17 Aprel 2020 14:13 SosialBakı məktəblisi yeni formada tozsoran modeli hazırlayıb. "OLAYLR" xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 161 nömrəli tam orta məktəbin I sinif şagirdi Məhəmməd Vəlilinin valideyninin dəstəyi ilə hazırladığı qurğu təmizləmə funksiyasını icra edir. Karton qəfəs üzərində yığılan elektrik cihazı kiçik həcmli təmizləmə işlərində səmərəli ola bilər.
Qeyd edək ki, texnoloji yeniliklər etmək üçün daim öz üzərində çalışan məktəbli bundan öncə cizgi filmi qəhrəmanı "Wall-E"nin maketini hazırlayıb. O, hazırda vertolyot maketi üzərində çalışır.
M.Vəlilinin boş vaxtlarında müxtəlif ev əşyalarının mexanizmini dərindən öyrənərək onu uğurla tətbiq etməsi şagirdin texnologiya və robototexnikaya olan marağından irəli gəlir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31