Milli Məclis məsələ qaldırdı- Torpaq sahəsi olan işsizlərə də yardım verilsin
Milli Məclis məsələ qaldırdı-Torpaq sahəsi olan işsizlərə də yardım verilsin
17 Aprel 2020 13:11 Sosial"Kimsə dövləti aldatmaq istəsə, qara paltarlı oğlan mütləq onun yanında dayanacaq". "Olaylar" xəbər verir ki, bu, bu gün Milli Məclisin "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında, "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihələrinin müzakirəsi zamanı deputat Aydın Mirzəzadə deyib. O, bildirib ki, Operativ Qərargah torpaq sahəsi olan işsiz insanlara 190 manatın verilməməsi ilə bağlı məsələyə yenidən baxmalıdır: "Kiminsə kənddə pay torpağını becərib-becərmədiyini öyrənmək elə çətin deyil. Kimsə dövləti aldatmaq istəsə, qara paltarlı oğlan mütləq onun yanında dayanacaq".