Tünzalədən Rəqsanənin sərt sözlərinə cavab: "Yaxşılıq" təqdirəlayiq hərəkət, minnətsiz olması böyük məharət!

Xalq artisti Tünzalə Ağayeva müğənni Rəqsanə İsmayılovanın onun ünvanına dediyi qalmaqallı sözlərə münasibət bildirib.

Müğənni Əməkdar artist Nərgiz Cəlilovanın sosial şəbəkədə paylaşdığı sözləri öz İnstaqramında yayıb.

Fransız yazıçısı Deni Didroya aid olan sözlərdə bunlar yer alıb:

"Xoş deyil kimsəni məzəmmət etmək,

Bilmədən, görmədən həqarət etmək.

"Yaxşılıq" təqdirəlayiq hərəkət,

Minnətsiz olması böyük məharət!

Allah da gizlidir, əsl mərhəmət,

Əməl sahibinə verilən qiymət.

Yalnız yaxşılıq etmək kifayət deyil,

Yaxşılığı incəliklə etmək də vacibdir".

Tünzalə daha sonra paylaşımına Rəqsanə ilə bağlı yazılan şərhlərə bəyəni işarəsi qoyub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31