“Azərbaycanlı kəşfiyyatçı və Tehran-43” konfransı"- Arzu Nağıyev və Azər Qarayevin təqdimatında

İkinci Dünya müharibəsində Azərbaycan övladlarının göstərdiyi əzmkarlıq və böyük qəhrəmanlıqlar faşizm üzərində qələbəni yaxınlaşdıran amillərdən biri idi. Tarixin bu səhifəsini də mənfur qonşularımız olan ermənilər öz havadarları vasitəsilə öz xeyirlərinə yazmağa çalışıblar və müəyyən qədər buna nail olublar. Əsas məqsəd Azərbaycanın və azərbaycanlıların rolunu kiçiltmək, mütəmadi olaraq heçə endirmək olub.

Ancaq tarixi silmək olmur, müəyyən qədər dəyişdirmək olur. Azərbaycanın və onun mərd oğullarının tarix üçün verdiyi əvəzsiz xidmətləri hər bir azərbaycanlının nəzərinə çatdırmağa çalışmaq lazımdır. Belə əvəzsiz xidmətlərdən biri də "Tehran 43" əməliyyatının iştirakçısı, həmyerlimiz, uzun müddət kəşfiyyat orqanlarında çalışmış Məmmədhüseyn Əsədova aiddir.

Demək olar ki, keçirilən əməliyyatların hamısı onun birbaşa istirakı və ya rəhbərliyi ilə mümkün olurdu.

Bəs, Məmmədhüseyn Əsədov kim idi?

"Tehran-43" konfransında iştirak edən dövlət başçılarına qarşı planlaşdırılan sui-qəsd və terror aktının qarşısının alınmasında müstəsna rolu olmuş kəşfiyyatçımız hansı mükafatlarla təltif olunur?

İllərlə gizli saxlanılmış faktlar, kəşfiyyatçımızın kimliyi və digər həqiqətlər Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədr müavini Azər Qarayev və dəyərli üzvümüz, millət vəkili, politoloq

Arzu Nagiyevin araşdırması nəticəsində toplanmış və tezliklə işıq üzü görəcək "Azərbaycanlı kəşfiyyatçı və Tehran-43" konfransı adlı kitabda.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31