Azərbaycan dövləti hər zaman öz vətəndaşının qayğısına qalır- TƏHLİL
8 Aprel 2020 13:22 SosialKoronavirusa qarşı gərgin mücadilənin apardığı bir dövrdə Azərbaycan dövləti, onun rəhbəri atmış olduğu humanist addımlar, insan hüquq və azadlıqlarına verdiyi ən yüksək dəyərlə diqqət çəkir. Hər halda dövlət başçısının bu günlərdə imzaladığı əfv sərəncamı belə deməyə əsas verir. Təkcə əfv edilənlər və onların ailə üzvləri deyil, ümumilikdə Azərbaycan cəmiyyəti, eyni zamanda beynəlxalq birlik tərəfindən müsbət qarşılanan bui addım həm də bir nümunə xarakteri daşıdığı desək yanılmarıq. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin ardınca Gürcüstan dövlət başçısı də anoloji addım ataraq 9 nəfəri əfv etdi.
Millət vəkili Elman Nəsirov prezidentin imzaladığı əfv sərəncamına diqqət çəkərək qeyd edib ki, bu addımı atmaqla Azərbayacan dövləti və onun rəhbəri idarəetmədə şəfqət, humanizm və insanpərvərlik kimi ali dəyərlərə sadiq qaldığını növbəti dəfə nümayiş etdirib. Millət vəkilinin sözlərinə gbörə, bu da təsadüfi deyildir: "Dövlətimizin rəhbəri Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiqdir və onu yeni dünya reallıqlarına adekvat olaraq davam etdirir, bu prosesdə varislik və müasirliyin unikal harmoniyasına nail olmağı bacarır. Məsələyə bu xüsusda yanaşdıqda qeyd etməliyik ki, Azərbaycanda siyasətə humanizmi baza prinsipi olaraq gətirməklə əhv və amnistiya təsisatıarının yaradılması da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü və iradəsi sayəsində 1995-2003-cü illərdə 77 mindən çox məhkuma şamil edilən 7 amnistiya aktı və 32 əhv fərmanı verilmişdir. Bu məhkumlardan 21 min 325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olunu".
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin imzaladığı əhv sərəncamlarına əsasən isə 4871 nəfər məhkum azad olunub: "Azərbaycanda və onun hududlarından kənarda belə şəfqət, mərhəmət nə nəciblik mücəssəməsinə çevrilmiş ölkəmizin Birinci vitse-prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva hələ Milli Məclisin deputatı olarkən 4 dəfə-2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktının qəbulu ilə bağlı qanunvericilik təşəbbüsləri ilə çıxış etmiş və nəticədə 40 mindən artıq məhkumun cəzası tam və qismən ləğv edilib. Bütün bu sadalan faktlar və arqumentlər bir daha təsdiqləyir ki, insanpərvərlik və humanizm prinsipləri son 27 il ərzində Azərbaycanın dövlət siyasətinin təməl prinsipləri olaraq tətbiq və təşfiq olunmaqdadır. Cənab Prezidentin 6 aprel tarixli əfv Sərənacamı da eyni məntiqin yeni şəraitdə ifadəsi kimi qiymətləndirilməlidir. Bütün bunlarla yanaşı, təəssüf hissi ilə qeyd edirik ki. Azərbaycanın radikal müxalifət kəsimi yenə öz naqis xislətini biruzə verməkdədir. Azərbaycan hakimiyyətinin koronavirus infeksiyasına qarşı mübarizədə həmrəylik, birlik və məsuliyyətimizi daha da möhkəmləndirməlkə bağlı çağırışları, eyni zamnada xalqımızı və dövlətimizi bu qorxunc xəstəliyin acı nəticələrindən hifz etmək üçün atdığı sərt karantin tədbirləri "5-ci kolon" nümayəndələri tərəfindən süngi ilə qarşılanıb, növbəti qarayaxma, yalan və iftira kamapaniyasını həyata keçirmək üçün növbəyə dayanıblar. Onların paralel olaraq ianələrini aldıqları müəyyən xarici dövlətlərin eyni infeksiyaya qarşı eyni qəbildən olan addımlarının şərəfinə mədhiyyələr qoşmaq növbəsinə dayanıqları da diqətdən yayınmır. Bu ikiüzlülük və milli xəyanətin klassik nünunəsi kimi göz qabağındadır. Hətta iş o yerə gəlib çatıb ki. bu antimilli ünsürlər işğalçı Ermənistanın koronovirusa qarşı atdığı müəyyən addımları təqdir etməkdən belə çəkinmir, guya ki, rəsmi İrəvanın məcbiri məhdudiyyətlərə rəvac verən addımları ölkədə "demokratiyanın baza prinsiplərini zədələmir" kimi gülünc və sərsəm ifadələr işətməkdən belə vaz keçmirlər. Halbuku "sapı özümüzdən olan baltalar" çox gözəl bilirlər ki. işğalçı Ermənistanda martın 16-da fövqəladə vəziyyət elan edilmişdir. Mətbuata senzura təqbiq olunub. Kütləvi informasiya vasitələri və sosial şəbəkələrin koronavirus pandemiyası ilə bağlı yalnız rəsmi dövlət məlumatlarıa istinad etmələri bir qanun tələbi kimi irəli sürülüb. Bunun əksi olduqda müvafiq addımı atmış tərəf 2 saat ərzində mətbuatda təkzib verməlidir. Bunun edilməyəcəyi təqdirdə fövqəladə vəziyyət rejiminin bütün sərtliyi ilə məlum qaydanı pozmuş tərəfə qarşı istifədə olunması sırf zaman məsələsidir".
Elman Nəsirov onu da deyib ki, ölkəmizdə radikal dəstə və qruplaşmalar öz naqis xislətlərinə və xəbis dünyagörüşlərinə adekvat olaraq "koronavirus demokratiyası" deyilən həqarətli bir termin də icad ediblər: "Xalqımız onları "şanlı" keçmişlərinə görə "azadlıq aşiqləri" kimi xatırlayır və rədd edir, Bundan sonra isə onları "koronavirus demokratları" kimi permanent "siyasi izolyasiya"da saxlayacaqları artıq teorem yox, aksiom tələbidir".
Hüquqşünas Əli İbrahimov isə deyib ki, dövlət başçısının imzaladığı növbəti əfv sərancamı Azərbaycan Prezidentinin fəaliyyətinin humanizm və mərhəmət prinsiplərinə söykəndiyini göstərir: " Prezident İlham Əliyev daim ölkəmizdə humanizm və mərhəmət prinsiplərinin əsas götürülməsi istiqamətində müxtəlif qərarlar qəbul edib. Çünki dövlətimizin başçısının fəaliyyəti ədalətə, humanizm və mərhəmət prinsiplərinə söykənir. Prezident İlham Əliyev ilk dəfə dövlət başçısı seçildiyi zaman andiçmə mərasimində demişdi ki, mən Azərbaycan Respublikasının hər bir vətəndaşının Prezidenti olacağam. Dövlətimizin başçısının 2003-cü ildən bu günə qədər qəbul etdiyi hər bir qərarda, imzaladığı sənədlərdə Azərbaycan Prezidentinin siyasi iradəsinin şahidi oluruq. İlin əvvəlindən sosial sahədə mühüm fərman və sərəncamların, eləcə də bu gün 65 yaşından yuxarı bir sıra məhkumların əfv edilməsi ilə bağlı Sərəncamın imzalanması dövlətimizin başçısının öz fəaliyyətində ədalət, humanizm və mərhəmət prinsiplərinə əsaslandığını göstərir". Əli İbrahimov bildirib ki, ölkəmizdə indiyədək imzalanan əfv sərəncamları ümumilikdə 10 minə yaxın şəxsi əhatə edib: "Onların mütləq əksəriyyəti azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad olunublar. 6 aprel tarixli Sərancamı ümumilikdə yüzlərlə ailəyə, minlərlə insana sevinc bəxş etdi.
Bu addım dövlət başçısının Azərbaycan Respublikasının bütün vətəndaşlarına humanizm və mərhəmət prinsipləri əsasında yaxınlaşmasının göstəricisidir. Digər bir məsələ ondan ibarətdir ki, bütövlükdə əfv sərəncamları Cinayət Məcəlləsinin bu və digər maddələrinin demək olar hamısını əhatə edib. Təbii ki, burada vacib məqam məhkumun şəxsiyyəti, onun davranışları, ümumi vəziyyəti, zərərçəkmişin mövqeyi, ailə vəziyyəti, səhhəti və s. amillər nəzərə alınaraq, obyektiv qərarların qəbul olunmasıdır. Bütün müraciətlər əfv komissiyasında diqqətlə və obyektiv qaydada araşdırılıb. Siyahıda azad edilmiş şəxslərə baxdıqda cəmiyyətin müxtəlif təbəqələrinə aid şəxslərin olduğunu görə bilərik. Bu da humanizmin, mərhəmətin təzahürüdür. Bu, onu göstərir ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşının qayğısına qalır. Ümidvaram ki əfv olunan şəxslər bu şansdan istifadə edərək dövlətimizin başçısının bütün dünyanı cənginə almış xəstəlik bir dönəmində onlara göstərdiyi bu lütfü dəyərləndirəcəklər".
Süleyman