Muğam korifeylərimizin yaradıcılığından bəhs edən onlayn mühazirələr təqdim edilir
6 Aprel 2020 10:46 SosialMütəmadi olaraq müxtəlif konsert, elmi-nəzəri və tədqiqat xarakterli layihələr təqdim edən BMM onlayn şəkildə öz "Facebook" və "Instagram" səhifəsindən izləyicilərə mədəni xidmət göstərməkdə davam edir.
Olaylar.az bildirir ki, BMM-nin foyesində büstləri qoyulan muğam korifeylərimiz haqqında məruzələri növbəli şəkildə saat 16:00-da BMM-nin layihə koordinatoru Gülhüseyn Kazımlı sizlərə təqdim edir.
Beynəlxalq Muğam Mərkəzinin muzey hissəsindən qədim musiqi alətləri ekspozisiyasından bol məlumatlar da yaxın günlərdə izləyicilərə təqdim olunacaq.
Qeyd edək ki, layihənin məqsədi insanları incəsənətə, muğam irsimizə bir addım daha yaxın etmək və milli musiqi alətlərimiz, muğam korifeylərimizi böyük auditoriyaya tanıtmaqdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31