Rusiya-Azərbaycan münasibətlərində diaspor amili mövzusu müzakirə edilib

Rusiya-Azərbaycan münasibətlərində diaspor amili mövzusu müzakirə edilib

Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) təşkilatçılığı ilə "Rusiya-Azərbaycan münasibətlərində diaspor amili: KİV-in rolu və müasir proseslər" mövzusunda tədbir keçirilib. "OLAYLAR" xəbər verir ki, tədbiri giriş sözü ilə Rusiya Azərbaycanlıları İttifaqının mətbuat katibi Anar Həsənov açaraq təşkilatın fəaliyyəti barədə genilş və ətraflı məlumat verib. Anar Həsənov Rusiya-Azərbaycan münasibətlərində diasporundan rolundan danışaraq  diasporumuzun şimal qonşumuzda daha da aktiv olması istiqamətində çalışdıqlarını dilə gətirib. Bildirib ki, elə Rusiya Azərbaycanlıları İttifaqının yaradılması da buna xidmət edir. RAİ təmsilçisi qısa zamanda ərzində təmsil olunduğu qurumun bir çox tədbirlər keçirdiyini vurğulayıb. Anar Həsənov çıxışında kütləvi informasiya vasitələri arasındakı əlaqələr, müasir proseslər və digər məsələlər barədə də danışıb.

Tədbir zamanı həmçinin Azunion.org saytının təqdimatı da keçirilib. Bildirilib ki, sayt Rusiya Azərbaycanlıları İttifaqının təşəbbüsü və maliyyə dəstəyi ilə fəaliyyətə başlayıb. Tədbirdə çıxış edənlər də Rusiya-Azərbaycan münasibətlərinin inkişafında diaspor amilindən, onun rolundan danışıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31