“Azərbaycan xalçası sivilizasiyaların kəsişməsində” kitabı ispan dilində nəşr edilib
Röya Tağıyevanın “Azərbaycan xalçası sivilizasiyaların kəsişməsində” kitabı ispan dilində nəşr edilmişdir. Kitab Azərbaycan Xalq Cümhuriyyətinin yüzillik yubileyinə həsr olunmuşdur.
9 Aprel 2019 15:00 SosialXarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) və Azərbaycan Respublikasının Argentinadakı Səfirliyinin dəstəyi ilə tanınmış professor, sənətşünaslıq elmləri doktoru Röya Tağıyevanın "Azərbaycan xalçası sivilizasiyaların kəsişməsində" kitabı ispan dilində nəşr edilmişdir. Kitab Azərbaycan Xalq Cümhuriyyətinin yüzillik yubileyinə həsr olunmuşdur.
Kitabda ölkəmizdə qədim tarixə malik olan xalçaçılıq sənəti barədə ətraflı məlumatlar, xalçaların hazırlanma üsulları, xalçaların bölgələr üzrə fərqlənən növləri, xalçalarda istifadə olunmuş təsvirlərin və naxışların mənaları, ölkəmizə məxsus çoxsaylı xalça fotoşəkilləri öz əksini tapmışdır. Kitab Azərbaycanda akkreditə olunmuş ispandilli ölkələrin səfirliklərinə təqdim edilmişdir. Həmçinin, yaxın zamanlarda kitabın Argentinada təqdimatının keçirilməsi nəzərdə tutulur.