"Bundan xəbərsiz idim" - 10 milyonuncu sakinin anası

Azərbaycanın 10 milyonuncu sakini olan körpənin anasıyam

"Çox sevindirici haldır ki, Azərbaycanın 10 milyonuncu sakini olan körpənin anasıyam. Bu hiss qürurvericidir".

Bunu jurnalistlərə açıqlamasında körpənin anası Nigar Ocaqova deyib.

O, körpəsinin 10 milyonuncu sakin olmasından xəbərsiz olub: "İlk xəbəri bizə baş həkimimiz Sevinc xanım verdi. Prezidentimizin və xanımının gəlişi bizə ikiqat bayram oldu, çox sağ olsunlar. Göstərdikləri qayğıya görə təşəkkür edirəm".

Baş həkim Sevinc Məmmədova isə bildirib ki, 9 ay ərzində ana poliklinikada həkim qeydiyyatında olub: "Hamiləlik fəsadsız keçib. Artıq 5-ci gündür ana və uşaq bizdədir. Uşağın peyvəndləri vurulub və bu gün onlar evə yola salınacaqlar".

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31